A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14642413_1278747445530808_5480436669385357308_n

Bakı Slavyan Universitetində Müstəqillik günü münasibətilə tədbir keçirilib

Bu gün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Müstəqilliyinin 25 illiyi ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Ş.Məmmədova adına Opera Studiyasının konsert salonunda “Müstəqilliyimizin yaşıdları” adlı tədbir keçirilib.

Opera Studiyasının foyesində Nəsimi rayonunda fəaliyyət göstərən ali məktəb tələbələrinin Dövlət Müstəqilliyimizin 25 illiyinə həsr edilmiş təqdimatları hazırlanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dillər Universitetinin və Milli Konservatoriya tərkibində Musiqi Kollecinin 25 yaşlı gənc tələbə və müəllimlərinin hazırladıqları təqdimatlar qonaqların marağına səbəb olub.

Tədbirdə Bakı Slavyan Univeristetinin Tərbiyə işləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, YAP Gənclər Birliyi, Tələbə Ekoloji Klubun üzvləri iştirak ediblər. Tələbələr slavyan xalqalarına məxsus milli geyimlərdə qonaqları qarşılayıb, universitet tərəfindən nəşr edilən elmi kitab və jurnalları, o cümlədən BSU-nun tarixini əks etdirən slayd təqdim ediblər.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimqızı və Ziyad Səmədzadə tələbələrin hazırladıqları təqdimatlarla tanış olublar.

14570340_1278748455530707_2791134120114972865_n 14570361_1278747792197440_853779326282991656_n 14641987_1278757818863104_5539346145666934553_n 14642413_1278747445530808_5480436669385357308_n 14650516_1278756265529926_3826788389849367273_n 14666294_1278755098863376_2768918433475266429_n 14670696_1278747512197468_8317947635015565336_n 14681686_1278759105529642_1589150631847768_n 14713781_1278759582196261_4307138888283650966_n 14717180_1278758895529663_7335489500854520047_n 14720348_1278757192196500_1744369279646387417_n 14753473_1278756552196564_123703227560075897_o

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>