A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14794234_1031986590246198_2005719020_n

Teymur Sadıxov: “ Bakı Ali Neft Məktəbində heyran qaldım”

 

Bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə keçirilən “Alternativ gələcəklə əlaqə” layihəsində iştirak edən Azərbaycanlı gənc alim Teymur Sadıxov suallarımızı cavablandırıb.

Azərbaycana gəlişiniz nə ilə bağlıdır?

– Mən bura Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə ADEX-də seminar keçmək üçün gəlmişəm. Düzünü desəm, onlardan öncə BANM-də  “Alternativ gələcəklə əlaqə” layihəsində seminar keçdim, digər günlərdə sırayla ADEX sərgisində, ADA Universitetində və təkrar  Bakı Ali Neft
Məktəbində tələbələrə seminarlar keçdim. Bütün seminarlar müddətində zallar tamamilə dolmuşdu, doğrusu, heyran qaldım, çünki robotik elmlərə marağın bu səviyyədə  olacağını düşünməmişdim. Fikirləşirəm, uğurlu iş alındı. İnsanların texnologiyalara marağının artması mühüm hadisədir. Gələcək üçün potensiallı gənclər yetişir və bu gənclərin istedadından  yaxşı mənada yararlanmaq lazımdır.

– BANM-in rektoru  Elmar Qasımov sizinlə tanışlığın 10 illik tarixi olduğunu vurğuladı, bu barədə nə deyə bilərsiniz?

– Mən Türkiyəyə hazırlaşan vaxt – 2003-cü ildən söhbət gedir, Elmar
Qasımov Təhsil Nazirliyində nazir müavini vəzifəsində işləyirdi və xaricdə təhsil
üçün mənə xeyli dəstək oldu,  təkrar onunla görüşmək
xoş oldu.

– Süni intellekt sistemlərinin inkişafı gələcək üçün nələr vəd edir? Bu gələcəklə bağlı hansı potensial və problemləri özü ilə gətirə bilər?

– Suni intellektlə bağlı potensial böyükdür, robotlar artıq demək olar
ki, insanın gördüyü bütün işləri görür, ancaq süni intellekti
yaratmaqda məqsədimiz insanları işsiz qoymaq deyil, əsas istəyimiz
insan ölümlərinin azalmasıdır. Əgər sükan arxasında olan şəxs
yorğundursa və ya alkoqollu içki qəbul edibsə, bu böyük təhlükədir, həm
tək sürücü üçün deyil, qarşı tərəf üçün də problemdir. Ancaq öz-özünü
idarəedən maşınlarda belə problemlərlə üzləşmək qeyri-mümkündür.

 

Hazırda işlədiyiniz Mercedes-Benz şirkəti ilə eyni vaxtda Kaliforniyada yerləşən, özünü idarə edən avtomobillər üzrə kifayət qədər çox iş gormüş  Google-X şirkətindən də sizə iş təklifləri olubmu?
– Google-X və Mersedes-Benz şirkəti  eyni vaxtda iş təklifi etdilər,
Mercedes-Benz şirkətinin layihəsi  daha çox xoşuma gəldi. Ona görə də Google-X
şirkətinə təkliflərini qəbul etmədiyimi bildirdim. Şirkət bizə yaxın
ərazidə yerləşir, onlar da çox iş görür, robotikə ciddi sərmayə
yatırırlar. Qabaqcıl şirkətlərdən biridir. Mənim marağım layihəyədir, şirkət adının  xüsusi bir önəmi  yoxdur.

 

  • Vətənə qayıtmaq haqqında düşünürsünüz?

– Hazırda belə bir planım yoxdu, ancaq bu sahəyə yaxşı investisiya
ayrılsa,  güclü komandamı da götürüb uğurlu işlər görməyi planlayaram.
Mənimlə işləyən Cənubi Azərbaycandan olan dostlarım sevə-sevə  bu
işlərdə köməklik göstərərlər. Lakin bunu da qeyd edim ki, indi
kiçik miqyaslı layihələr həyata keçirmək olar, baza tamamlandıqdan sonra
böyük işlərə imza ata bilərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>