A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
aaa-1

“eazi START” startap təlimləri üçün tələbə qəbulu elan edir

Əziz tələbələr!

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində startap və innovasiya mərkəzi olan “eazi START” startap təlimləri üçün tələbə qəbulu elan edir!!!

Təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını lahiyələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməkdir. Təlimlərdə iştirak pulsuzdur.

2015-ci ilin sonlarında yaradılmış “eazi START” 2016-cı ilin yanvarında ilk təlimlərə başlamışdır. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak etmişlər.

“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

Siz də öz ideyalarınızı reallaşdırmaq, ideyanız olmadığı halda yeni yaranan təşəbbüslərin, layihələrin və komandaların üzvünü çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Növbəti təlimlər oktyabrın 24-də başlayacaq.

Aşağıdakı linkdən istifadə etməklə qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/18KwH_mLtSyIU-VxiD1F5SIMmVeco5sD_u5coWS2uyfc/viewform?edit_requested=true

Əlavə məlumat üçün “eazi START” ofisinə (5-ci mərtəbə) və ya r.huseynov@asoiu.edu.az ünvanına müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>