A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14469543_1260359457369607_141373137523866137_n

Bolqarıstanın vitse-prezidenti Bakı Slavyan Universitetinin qonağı olub

Bu gün Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Papova Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Azərbaycanda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı olan M. Papovanın BSU-ya gəliş səbəbinin ali təhsil müəssisəsinə yeni təyin edilmiş rektor, professor Nurlana Əliyeva ilə yaxından tanış olmaq, eyni zamanda professor-müəllim heyəti və burada bolqarşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşmək olduğunu bildirib.
Qeyd edək ki, bu M.Papovanın BSU-ya ikinci gəlişidir.

Fəxri qonaq BSU-da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzində, o cümlədən mərkəzin kitabxanasında olub, kitabxanaya yeni kitab hədiyyə edib.

Sonra vitse-prezident universitetin professor-müəllim heyəti və tələbələrlə görüşüb. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva qonağı rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu bildirib, BSU-da 2004-cü ildən fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzi barədə məlumat verib. Bildirilib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək və gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə marağını artırmaqdır.

Artıq ikinci dəfə BSU-da qonaq olduğunu deyən Marqarita Popova V Beynəlxalq Humanitar Forum çərçivəsində “Bolqarıstan möcüzələri” adlı layihə üzərində işldiklərini və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdən sonra bu layihəni genişləndirərək “Bolqarıstan-Azərbaycan möcüzələri” adı ilə reallaşdırmaq qərarına gəldiklərini bildirib. BSU barədə təəssüratlarını bölüşən vitse-prezident universitetdə tələbələr üçün yaradılan şəraiti, tələbələrin hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

M.Popova burada tələbələr üçün yaradılan şəraiti, təhsil potensialını yüksək qiymətləndirib. M.Papova Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən söhbət açıb, azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsindən razı qaldığını vurğulayıb. Bolqar dilinə göstərilən diqqətə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>