A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14484635_946774602119023_6977078317161016394_n

Nobel mükafatçısı Corc Smut ADNSU-da olub

Beynəlxalq Humanitar forum çərçivəsində ölkəmizdə olan amerikalı alim, Nobel mükafatı laureatı Corc Smut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı olub.
Qonağı yenidən universitetdə görməkdən məmun olduğunu bildirən rektor, professor Mustafa Babanlı dünya şöhrətli fizikin universitetə ikinci gəlişini tələbə və alimlərin gələcək elmi fəaliyyətlərində mühüm hadisə kimi qiymətləndirib.

Yenidən ADNSU-da olmaqdan məmnunluğunu ifadə edən C.Smut bu universitetlə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüşdə həmçinin gələcək əməkdaşlıq planları və qarşılıqlı laboratoriya yaradılması ilə bağlı müzakirələr aparılıb.
ADNSU-nun rektoru prof. Mustafa Babanlı qonağa milli ornamentləri özündə əks elətdirən hədiyyələr təqdim edib.

Görüşün davamında C.Smut ADNSU-nun professor-müəllim və tələbələri ilə görüşüb. Gələcək əməkdaşlıq layihələrindən danışan rektor M.Babanlı xüsusən də super kompüterlər sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. “Böyük partlayış nəzəriyyəsi” haqqında çıxış edən Corc Smut Rusiya ilə birgə kosmosa buraxdıqları peyklə bağlı geniş məlumat verib.

Sonda Corc Smut müəllim və tələbələrin suallarını cavablandırıb.

14484635_946774602119023_6977078317161016394_n 14502748_946774605452356_9087086821234006903_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>