A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14463010_237492546653418_8998591613291796621_n

ADU-nun dekanı 1-ci kurslarla görüş keçirdi

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov 2016-2017-ci tədris ilində universitetə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirdi. Görüşdə çıxış edən Fikrət Cahangirov tələbə adını qazanmaqları münasibəti ilə tələbələrə təbriklərini çatdırdı. Daha sonra o, universitetin tarixi, keçdiyi inkişaf yolu, tədris prosesi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri haqqında tələbələrə ümumi məlumat verdi. Universitetin uzun inkişaf yolu keçdiyini söyləyən fakültə dekanı ali təhsil müəssisəsinin tədris, elm və mədəni sahələrdə xeyli işlər gördüyünü, burada 22 dilin tədris edildiyini, eyni zamanda tələbə qəbul planının yüksək səviyyədə həyata keçirilməsinə görə ADU-nun öndəgedən universitetlərdən biri olduğunu sözlərinə əlavə etdi. Fikrət Cahangirov universitetdə tədris prosesinin Azərbaycan Respublikası təhsil qanununa əsasən həyata keçirildiyini bildirdi. O, tələbələr üçün mühüm əhəmiyyəti olan Bolonya sistemi və onun prinsipləri, kredit sisteminin mahiyyəti, qiymətləndirmə sistemi, onun hesablanma qaydaları, təqaüdlərin verilməsində tətbiq olunan müddəalar haqqında ətraflı məlumat verdi. Daha sonra professor rəhbərlik etdiyi fakültənin say tərkibinə görə seçildiyini, universitetdə təhsil alan 7000-ə yaxın tələbənin 4000 nəfərə qədərinin Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) fakültələrinin payına düşdüyünü bildirdi. Pedaqoji (ingilis dili-alman dili) fakültədə bu il I kursda 352 nəfərin ingilis dili, 53 nəfərin isə alman dili üzrə təhsil aldığını vurğulayan Fikrət Cahangirov Böyük Britaniyanın Essex Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan “Essex 7”qrupuna 17 nəfər tələbənin seçildiyini diqqətə çatdırdı. Universitetlərin cəmiyyətin düşünən beyini olduğunu deyən F.Cahangirov tələbələrə gənclik potensiallarından səmərəli istifadə etməyi, dərslərlə yanaşı ictimai işlərdə fəal olmağı tövsiyə etdi. Görüşdə daxili nizam-intizam qaydalarına riayət olunması, jurnalarla bağlı təlimatlar, imtahan öncəsi və sonrası qiymətləndirmə haqqında fikirlər səsləndirildi. Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>