A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14485050_237947336607939_5222901583506479224_n

ABŞ-ın senatorları ADU-da oldu

29-30 sentyabr tarixlərində keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizə gəlmiş qonaqlar Azərbaycan Dillər Universitetində (ADU) oldu.
İlk öncə qonaqları ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qarşıladı. O, qonaqları universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. Professor Dünyamin Yunusov universitetin tarixi, beynəlxalq əlaqələri haqqında danışaraq ADU-nun müxtəlif ölkə universitetləri ilə əməkdaşlıq etdiyini söylədi. Oktyabr ayında ADU-da keçiriləcək beynəlxalq konfransdan söz açan professor 50-dən çox ölkədən professorların iştirak edəcəyini bildirdi. ADU-da 22 dilin tədris olunduğunu qeyd edən professor Dünyamin Yunusov, eyni zamanda universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən də danışdı. O, ADU-nun nəzdində fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi haqqında qonaqlara ətraflı məlumat verdi və kompleksin zəngin kitabxanaya malik olduğunu diqqətə çatdırdı. Professor ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayaraq ADU rəhbərliyinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəyini bildirdi. O, Azərbaycan xalqının qonaqpərvər, tolerant və multikultural dəyərlərə sahib olduğunu qonaqların diqqətinə çatdırdı. D.Yunusov forumda müxtəlif istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunacağını da sözlərinə əlavə etdi.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə qonaqları ADU-da görməkdən şad olduğunu söylədi. O, Azərbaycan və ABŞ arasındakı əlaqələrin təhsil sahəsində də uğurlu olduğunu bildirdi. Dünyada sülhün bərqərar olunmasında və insan haqlarının müdafiəsində ABŞ-ın rolunu vurğulayan millət vəkili Amerikanın eyni zamanda beynəlxalq hüquq normalarını dəstəklədiyini bildirdi.
Səmimi qəbula görə təşəkkür edən Senatorlar universitetdə olmaqdan məmnun olduqlarını dilə gətirdilər. Onlar belə görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etdilər.
Rəsmi qəbuldan sonra ABŞ-ın ştat qanunvericiləri ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində təhsil alan tələbələri ilə görüşdülər. Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev qonaqları tələbələrə təqdim etdi. Yuta ştatının senatoru, Ştat Senatında azlıq fraksiyasının sədri Cin Deyvis, Vaşinqton Ştat Senatoru, Ştat senatının sədr müavini Pamela Rouç, Alyaska Ştatı Nümayəndələr Palatasının üzvü, Palatanın Təhsil Komitəsinin sədri Ves Keller, Arizona Ştat Senatoru, Senatın Təxsisatlar komitəsinin sədri Don Şuter, Arizona Ştat Senatoru Karlayl Biqey, Havay Ştatının Senatoru Kalani İnqliş təmsil etdikləri ştatlar haqqında məlumat verdilər. Müxtəlif dilləri bilməyin üstünlüklərindən danışan senatorlar tələbələri bir neçə dil öyrənməyə səslədilər.
ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva qonaqlara mərkəz haqqında ətraflı məlumat verdi. O, mərkəzdə bir çox seminarların, dəyirmi masaların keçirildiyini bildirdi.
Onu da əlavə edək ki, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil, Azərbaycanın Los-Ancelesdəki baş katibinin III müavini Nahid Ömərov və universitetin professor-müəllim heyəti iştirak edirdi.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
Görüşdən sonra amerikalı senatorlar İnformasiya Resurs Kompleksi ilə yaxından tanış oldular.
Qeyd edək ki, 17 fevral 2016-cı il tarixində Baş Konsulluğun təşəbbüsü və senator C.Deyvisin dəstəyi ilə Yuta Ştat Senatı Ştat Nümayəndələr Palatası Azərbaycanın tolerantlıq ənənələrini təqdir edən bəyannamə, 9 aprel 2015-ci il tarixində Baş Konsulluğun təşəbbüsü və senator P.Rouçun dəstəyi ilə Vaşinqton Ştat Senatı tərəfindən Azərbaycana dəstək ifadə edən və onun strateji əhəmiyyətini vurğulayan qətnamə, 29 fevral-2 mart 2016-cı il tarixlərində Baş Konsulluğun təşəbbüsü və V.Kellerin dəstəyi ilə Alyaskanın Senatı və Nümayəndələr Palatası Azərbaycana güclü dəstək ifadə edən rəsmi bəyannamə, 25 fevral 2015-ci il tarixində Baş Konsulluğun təşəbbüsü və Senator D.Şuterin dəstəyi ilə Arizona Ştat Senatı Xocalı qətliamını pisləyən bəyannamə, 2016-cı ilin mart ayında Havay Ştatının Senatoru Kalani İnqliş Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin tanınmasına dair erməni lobbisi tərəfindən irəli sürülmüş 2 qətnamə layihəsinin qarşısının alınmasında fəal rol oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>