A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14502848_1329056103801228_8144084227295287703_n

AzTU ilə Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Sentyabrın 29-da Rusiya Federasiyası Ulyanovsk Dövlət Universitetinin prezidenti, professor Yuri Polyanskov və Universitetin rektoru Boris Kostişko Azərbaycan Texniki Universitetində olublar.
AzTU ilə yaxından tanış olduqlarını bildirən qonaqlar əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildiriblər.
Daha sonra hər iki tərəfin nümayəndələrinin iştirakı ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb və gələcəkdə görüləcək işlərin ilkin razılığı əldə edilib.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov və Ulyanovsk Dövlət Universitetinin rektoru Boris Kostişko nümayəndələrin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Müqavilədə elm, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması nəzərdə tutulub.
Sonda qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olaraq Xatirə Kitabına ürək sözlərini yazıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>