A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
14501848_1123173067790204_31649021_n

Qərb Universitetində AŞPA nümayəndələri ilə görüş keçirildi

Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində AŞPA nümayəndələri ilə görüş keçirildi! Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi ilə birgə “Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində görüş keçirildi. Görüşdə AR Milli Məclisinin Avropa Şurası Parlament Assableyasındakı nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi, “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova, Avstriya Parlamentinin və “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin üzvü Qizela Vurm, Andorra Parlamentinin və AŞPA-nın üzvü Silvia Bonet, Avropa Şurasının eksperti, Bosniya və Herseqovina Parlamentinin, eləcə də «Zorakılıqdan azad qadınlar» Parlament Şəbəkəsinin sabiq üzvü İsmeta Dervoz, Gender və məişət zorakılığı üzrə ekspert Monika Koçaqi (Albaniya), AŞPA Katibliyinin əməkdaşı Elis Kornu, AŞPA Katibliyinin əməkdaşı Jeraldin Qrenet, Qərb Universitetinin Geder Araşdırmaları Mərkəzinin İdarə heyətinin üzvləri Fidan Fərəcova, Leyli Quliyeva, Rəna Babayeva, Pərviz Qurbanov, Afaq Həsənova, Elmira Hacıyeva iştirak etdi. Qərb Universitetinin rektoru Zenfira Məmmədova qonaqları salamladıqdan sonra Gender Araşdırmaları Mərkəzinin yaranma tarixindən, fəaliyyətindən, genderin tədrisə inteqrasiyasından söhbət açdı. Qeyd etdi ki, Qərb Universiteti gənc, müasir Universitet olmasına baxmayaraq hər zaman yenilikləri ilk olaraq tətbiq edən təhsil müəssisəsidir. Gender Araşdırmaları Mərkəzinin məhs ilk olaraq Qərb Universitetində yaradılması bunun bariz nümunəsidir. Təhsil ocağında professor – müəllim heyətinin 60%-nin, inzibati işçilərin isə 80%-nin qadınların təşkil etdiyini söyləyən Zenfira xanım Məmmədova Gender Araşdırmalrı Mərkəzinin Qərb Universitetində yaradılmasının heç də təsədüfi olmadığını vurğuladı. Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzinin müdiri Kifayət Ağayeva Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verdi.Tədrisdə genderlə bağlı mühüm işlər həyata keçrildiyini vurğuladı. Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzi tərəfindən hazırlanmış və nəşr edilmiş tədris proqramları və dərs vəsaitlərinin əhəmiyyətindən danışdı. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırıldı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi, keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparıldı.

14501848_1123173067790204_31649021_n 14508725_1123173084456869_304777741_n 14518396_1123173074456870_139149425_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>