A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
tqdk-1

Fantastik nəticələrlə yaddan qalan 2015-ci ilin tələbə qəbulu – STATİSTİKA

tqdk-1

Azərbaycan Universitetləri olaraq hər 4 qrup üzrə bu il üçün rəsmi statistikanı nəzərinizə çatdırırıq.

1-ci qrup üzrə imtahan verən abituriyentlərin 1838 nəfəri 500-dən, 581 nəfəri 600-dən yüksək, 7 nəfəri isə 700 bal toplayıb.Son dövrlərdə informasiya və kommunikasiya texnologiyalarına, xüsusilə də mühəndislik sahəsinə meylin artması ilə həmin ixtisaslar, bu qrupu seçən şəxslərin əsas hədəfi olmuşdur. Qəbul nəticələrinə əsaslanaraq qeyd etmək olar ki, ən yüksək göstəriciləri əldə edən abituriyentlər, xüsusilə, bu istiqamətdə seçim etmişdir.

2-ci qrup üzrə qəbul olan abituriyentlərin 1472 nəfəri 500-dən, 422 nəfəri 600-dən yuxarı, 3 nəfər isə 700 bal toplamışdır.Bu il ikinci qrupa sənəd verən abituriyentlər isə daha çox maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi kimi ixtisaslara yönəlmişdir. Ölkəmizdəki bank-maliyyə sisteminin genişlənməsi, biznes mühitinin inkişafı, statistik təhlillər və audit hesabatlarının aparılması üzrə şirkətlərdən gələn yerli kadr istəyi təbii olaraq abituriyentlərin seçimində öz əksini tapmışdır.

3-cü qrup üzrə qəbul olan abituriyentlərin 2181 nəfəri 500-dən, 660 nəfəri 600-dən yüksək, 3 nəfəri isə maksimum göstərici ilə 700 bal toplayaraq, ali məktəblərə qəbul oldu. Qruplar arasında 600-dən yuxarı bal toplayanların sayı üçüncü qrupda üstünlük təşkil etməsi humanitar fənlərə qarşı abituriyentlərin marağı ilə yanaşı, bu qrupdakı populyar ixtisaslara qarşı meyillilik ilə də bağlıdır. Ona görə də hüquq və jurnalistika ixtisasları bu il də yüksəkballı tələbələri özünə cəlb etməyi bacardı. Bu il müsbət dəyişikliklərdən biri də əmək bazarının tələblərinin getdikcə abituriyentlər tərəfindən nəzərə alınması ilə müşahidə olundu. Belə ki, artıq 3-cü qrupda tərcümə, ingilis dili və ədəbiyyatı ilə digər pedaqoji ixtisasların yüksəkballı abituriyentlər tərəfindən seçilməsi bunun göstəricisi oldu. Təbii ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələr və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçən tələbələrə stimullaşdırıcı təqaüdlərin verilməsi, abituriyentlərin qərarına öz müsbət təsirini göstərdi.

4-cü ixtisas qrupunda isə 980 nəfər 500-dən, 431 nəfər 600-dən çox, 2 nəfər isə 700 bal toplayaraq ən yüksək nəticə göstərmişdir. Bu ixtisas qrupunda hər zaman ən məşhur ixtisas kimi müalicə işini göstərmək olar. Lakin bu qrupda da, psixologiya ixtisasına meyilliliyin artması müşahidə olunmaqdadır.

Ümumilikdə isə respublika üzrə 6471 nəfərin 500-dən, 2094 nəfərin 600-dən yuxarı, 15 nəfərin isə ən yüksək nəticə ilə 700 bal toplaması yüksək qiymətləndirilməli və gələcək abituriyentlər üçün yeni hədəflərin müəyyən olunmasında stimul olmalıdır. (zaman.az)

.tqdk-1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>