A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
57683

Sumqayıtdakı məktəbin müəllimləri Təhsil Naziri Mikayıl Cabbarova MÜRACİƏT etdilər

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbin pedaqoji heyəti direktor təyinatı ilə bağlı Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova müraciət edib. AZEDUPRESS müraciəti təqdim edir:

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarova

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 № li tam orta məktəbin pedaqoji kollektivi adından müraciət

Cənab Nazir!

Məktəbimiz hər il Sumqayıt məktəbləri içərisində təlim-tərbiyə işinə görə, qəbul imtahanında göstərdiyi nailiyyətlərə görə xüsusi məktəblər – gimnaziya, liseylər arasında da yüksək nəticələr göstərmişdir. Bütün bunlara rəğmən məktəbimiz 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi (Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli, 460 nömrəli sərəncamı), 2013/2014-cü ildə (Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli, 930 nömrəli sərəncam) müsabiqəsinin qalibi olmuşdur. Lakin hal-hazırda Sizə müraciət etməyimzin səbəbi məktəbimizə yeni direktor təyinatı ilə əlaqədardır. Biz bir kollektiv olaraq məktəbimizə rəhbərlik etməyi indi hazl-hazırda direktor əvəzi kimi işləyən İskəndərova Təranə Əmirağa qızına həvalə olunmağı Sizdən xahiş edirik. Buna qədər Təranə müəllimə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. İşlədiyi müddətdə müəllim, şagird və valideyn heyətinin rəğbət və hörmətini qazanmışdır. Təranə müəllimə işlədiyi müddətdə məktəbimizn yüksək təlim-tərbiyə işində nəticələrin əldə olunmasında böyük rola malik olmuşdur.

Təranə müəllimə gördüyü işlərlə bu vəzifəyə layiq olan insandır. Məktəb kollektivinin ona etimadı böyükdür. Kollektivin etimadını doğruldacaq insan Təranə müəllimədir.

Cənab Nazir!

Biz inanırıq ki, Sizə ünvanlanan məktub cavabsız qalmayacaq, öz müsbət cavabını tapacaq. Çünki bu məktub bütün şagird, müəllim və valideyn heyətinin iradəsilə yazılmışdır. Öncədən Sizə kollektiv tərəfindən təşəkkürümüz bildiririk. Yeni tədris ilində Sizə can sağlığı və müvəffəqiyyətlər arzu edirik.

Sumqayıt şəhər İ.Qayıbov adına 1 № li orta məktəbin müəllim,

şagird və valideyn heyəti

31.08.2016

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>