A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
09

AzMİU tələbələrdən MÖHTƏŞƏM ŞOU – Fotolar

Azərbaycan Memarlıq və İnşaat Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə möhtəşəm «Payız Gecəsi» balı keçirildi. Azərbaycan Memarlıq və İnşaat Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, «RedBull» və «PizzaLine» restoranlar şəbəkəsinin dəstəyi ilə AzMİU-nun 40 illik yubileyi münasibəti ilə möhtəşəm «Payız Gecəsi» balı keçirildi. Balda 200-dən çox tələbə-gənc və 12 cütlük gecənin «Şah və Şəhzadəsi» nominasiyasında yarışdılar. Universitetin Tələbə Gənclər Təşkilat(TGT)-nın sədri Rafael Şixəmmədov və təşkilatın fəal tələbəsi Məryəm Kərimova gələn qonaqları və münsiflər heyyətini salamlayaraq tədbiri açıq elan etdi və beləliklə müsabiqələrə start verildi. Cütlükləri diqqətlə izləyən münsiflər – Azərbaycan Memarlıq və İnşaat Universiteti şəhərciyinin direktoru Aqşin Kərimov, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev,Latın Amerika rəqsləri üzrə peşəkar müəllim Aydın Qasımzadə, Fəlsəfə doktoru Sənan Qaraisayev, Qafqazın ən böyük təhsil səhifəsinin rəhbəri Zöhrab Süleyman, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr muavini Tural Əliyev və AzMIU TV-nin rəhbəri İbrahim Cəlilov hər bir cütlüyü layiq olduqları xalla qiymətləndirdi. İlk olaraq tədbirdə öz rəqsləri ilə fərqlənən gənc, «Payız gecəsi»-nin ən yaxşı rəqqası kuboku ilə «BlackZone» qrupunun üzvü Rövşən Babayev təltif edildi. Tədbirin sonunda müsabiqələrdə münsiflər tərəfindən ən çox bəyənilən cütlük Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsi Sultanov Qurban və Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Ağayeva Kamilla gecənin «Şah və Şahzadəsi» seçilərək, tacqoyma mərasimində taclarla mükafatlandırıldılar. Daha sonra tədbir bir-birindən maraqlı rəqs nömrələri ilə davam etdi. Tədbirin keçirilməsində məqsəd tələbələrin yaradıcılıq qabiliyyətini artırmaq və asudə vaxtını əyləncəli və səmərəli keçirməkdir. #AzMIU #AzMIUTGT #TGT #ATGTI #AzGIN #GIN #ASYOU

0102030405060708

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>