A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12279134_647367252032880_72496954311901203_n

Qarabağ mətbəxi ADNSU-da! Tələbələrdən daha bir İLK!

12289755_647367295366209_4402081891956080966_n

ADNSU-nun “Qarabağ mətbəxi”ndə yeməklərin ətri gəlir

Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeməkxanasında, xanəndə Cabbar Qaryağdıoğlunun müğam ifasının sədaları altında tələbələrin hazırladığı Qarabağ yeməkləri təqdim olunub.
Yarışmada müxtəlif çeşidli plovlar, dolmalar, qovurma, dovğa, basdırma və sair yeməklər süfrəyə düzülüb. Münsiflər hər bir yarışmaçının hazırladığı yeməklərdən dadaraq öz qiymətlərini veriblər. Layhənin baş koordinatoru Kamran Sabirli belə bir layihənin həyata keçirilməsinin məqsədi barədə iştirkçılara məlumat verərək, sözü yarışı izləyən Tərbiyə işləri üzrə prorektor Zəfər Qurbanova veib. Z.Qurbanov belə layihələrin əhəmiyyətli olduğunu vurğulayaraq, bunun gənclərin mənəvi keyfiyyətlərinin inkişafında mühüm rola malik olduğunu qeyd edib. Prorektor gələcəkdə də belə layihələrin daha da inkişaf etdirilməsinə yüksək dəstək veriləcəyini bildirib.
Qeyd edək ki, Kimya texnologiya fakültəsinin (KTF) II kurs tələbəsi Zabitəxanım İsmayılova Prezident Yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olub və “Qarabağ mətbəxi” mövzusunda təqdim etdiyi layihəni qazanıb. Layihənin məqsədi Azərbaycanın mətbəx mədəniyyətini saxtalaşdıraraq öz adlarına çıxan bədnam qonşuların məkrli niyyətlərini ifşa etmək, qida mədəniyyətimizin təbliği və Qarabağ yeməklərinin başqa adlarda dünyaya təqdim olunmasının qarşısını almaqdan ibarətdir. Layihə 3 mərhələdən ibarət olub. Açılış, universitetin yeməkxanasında baş tutan yeməklərin hazırlanması, təqdimatı və nəhayət mükafatlandırma mərhələsi. Tədbirdə 10 nəfər gənc “aşpaz” qismində yarışıb. Üç nəfərdən ibarət münsif heyəti isə yeməkləri qiymətləndiriblər. Qarşıda üçüncü, yəni ən yaxşı “aşpazlar”ın diplom və sertifikatla mükafatlandırılması mərasimi dayanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>