A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
Без названия

Təhsil Nazirliyi: Bu il qəbul imtahanlarının nəticələrində müsbət dinamika var

Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 31 397, II ixtisas qrupu üzrə 22 135, III ixtisas qrupu üzrə 19 673, IV ixtisas qrupu üzrə 5 340 nəfər olub.

Ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>