A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
xmuallim.jpg.pagespeed.ic.OD-eq3VkAA

692 bal yığan məcburi köçkünü təmənnasız hazırlaşdıran müəllim: “Müharibə əlilinin övladını da…” — MÜSAHİBƏ

692 bal yığan məcburi köçkünü təmənnasız hazırlaşdıran müəllim: “Bir müharibə əlili var, onun da övladını təmənnasız hazırlaşdırıram”

Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın 692 bal yığması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məsələnin maraqlı tərəfi odur ki, Babayeva ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb.

Valideynləri işsizdirlər və bu səbəbdən də maddi sıxıntıları var. Ancaq rayondakı 314 nömrəli orta məktəbdəkin müəllimləri Asif Salmanov , Ramal Alıyev , Maral Rzayeva və Ruslan Nuriyev sözü bir yerə qoyaraq Aynuru təmənnasız hazırlaşdırıblar.

AZEDUPRESS olke.az-a istinadən həmin müəllimlərdən biri Ramal Alıyevin müsahibəsini təqdim edir:

– Ramal müəllim, Aynur Babayeva təmənnasız hazırlaşdırdığınız ilk abituriyentdir, yoxsa daha əvvəl də olub?

– Əvvəl də təmənnasız hazırlaşdırdığım abituriyentlər olub. Amma ən böyük nəticəni Aynurla qazandım.

– Aynuru hazırlaşdırdığınız neçə il idi?

– Bir il.

– Təşəbbüs sizdən gəlmişdi, yoxsa ondan?

– Məndən və Azərbaycan dili müəllimi olan Asif Salmanovdan.

– Sonra digər iki müəllim də sizə qoşuldu yəqin ki…

– Digər iki müəllim, Maral Rzayeva və Ruslan Nuriyev mənim dostlarımdır. Sağ olsunlar ki, təşəbbüsümüzə dəstək verdilər.

– Neçə ildir müəllim işləyirsiniz?

– On il.

– Bəs repetitor kimi?

– Paralel başlamışam.

– Yəqin ki bu il uğuruna ən çox sevindiyiniz də məhz Aynurdur.

– Ötən il 614, ondan əvvəlki il 688 bal yığan şagirdlərim olmuşdu. Aynurun göstəricisi isə superdir. Bir müharibə əlili də var, onun da övladını təmənnasız hazırlaşdırıram. İnanıram ki, o da yaxşı nəticə əldə edəcək. Amma əsas uğurum Aynurdu.

– İmkansız, amma istedadı, istəyi, həvəsi olan abituriyentləri qapıdan qaytaran müəllimlərə sözünüz varmı?

– Müəllimlər bütün istedadlı uşaqlara kömək edirlər. Mənim görmək istədiyim Azərbaycan müəllimi belə olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>