A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
558f6f18-73b9-44f6-a995-0041ceea2c52

Abituriyentlər bu gün ADİU ilə tanış oldular

İyulun 29-da abituriyentlər və valideynləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Onlarla görüşən UNEC rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən islahatlar, yeniliklərdən söz açaraq, ali məktəbin strateji hədəflərindən danışıb. Bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı olan və dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modelinin tətbiqinə başlanılıb. Rektor universitetdə tələbələr üçün yaradılan şəraitdən, müasir standartlar səviyysində qurulan müəllim-tələbə münasibətlərindən, keyfiyyətli təhsilin təşkili, şəffaf  mühitin yaradılması məqsədi ilə görülən və görüləcək işlərdən danışıb. Ə.Muradov abituriyentlərə UNEC-in tələbə həyatı haqda da məlumat verib, onların savadlı, əmək bazarının tələblərinə cavab verən iqtisadçı kimi yetişməsi məqsədilə univeristetdə həyata keçirilən layihələrdən danışıb.

Rektor bildirib ki, dünyanın ali təhsil müəssisələrinin reytinqini müəyyən edən “Webometrics”in hesabatına əsasən, UNEC iki il ard-arda Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Universitet QS reytinq agentliyinin İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 ali məktəbi sırasında yer alıb.

Universitetin gələcəyə hesablanan hədəflərini açıqlayan Ə.Muradov başlıca məqsədin UNEC-i dünya səviyyəli universitetlər sırasında görmək olduğunu bildirib. Əlavə edib ki, məqsədə çatmağın əsas yolllarından biri UNEC-ə savadlı gəncləri cəlb etməkdir.

Abituriyentlər və valideynləri rektora suallarını ünvanlayıblar. Onlar əsasən universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, UNEC Biznes Məktəbi, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı və qəbul qaydaları barədə maraqlanıblar.

Sonda abituriyent və valideynlər üçün UNEC-in tədris binasında infotur təşkil edilib. Onlar universitetin auditoriyaları, İnnovativ Biznes İnkubator, kitabxana, Yaradıclıq Mərkəzi və Radio UNEC ilə tanış olublar.

Qeyd edək ki, abituriyentlərin UNEC-ə olan marağını nəzərə alaraq Radio UNEC-də xüsusi proqramların təşkili və açıq qapının keçirilməsi nəzərdə tutulub.

UNEC haqqında: 

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.
90d9483a-e71b-429a-910e-2e929ae1af78 558f6f18-73b9-44f6-a995-0041ceea2c52 ac8a7796-80a2-494f-af7e-1e04afeac437 c45ed966-de03-40d3-b78d-772f4ea62db4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>