A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13672456_1327814130581674_1591696048_n

BANM və “Schlumberger” şirkəti arasında səmərəli əməkdaşlıq davam edir

Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə davam etdirilməkdədir.

AZEDUPRESS xəbər verir ki, bu barədə şirkətin Rusiya və Xəzər regionunda Universitetlərlə əlaqələr üzrə meneceri Andrey Gerdyuş BANM-də rektor Elmar Qasımovla keçirilən görüş zamanı bildirmişdir. Cənab Gerdyuş 2014-cü ildə yaradılan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək bu əməkdaşlıqdan şirkət rəhbərliyinin olduqca məmnun olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin “Schlumberger” şirkətinin Xəzər regionunda işəgötürmə üzrə meneceri Asset İskakov da iştirak edirdi. Cənab İskakov artıq BANM tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçirildiyini və onlar üçün gələcəkdə şirkətdə gözəl karyera imkanlarının olduğunu bildirib.

Qonaqları BANM-də görməkdən məmnun olduğunu bildirən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə mühəndis kadrların hazırlığı prosesinə şirkətin verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. O, Ali Məktəbin yeni kampusunda gedən tikinti-tamamlama işləri barədə qonağa məlumat verərək şirkətin təchizat dəstəyi ilə burada laboratoriya quruması imkanının nəzərdən keçirilməsini təklif edib.

Xatırladaq ki, 2014-cü ildə BANM və “Schlumberger” şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində hər il şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələri üçün müxtəlif mövzular üzrə təqdimatlar keçirilir və tələbələr şirkətin strukturlarında yay istehsalat təcrübəsi keçir. Eyni zamanda, “Schlumberger” tərəfindən BANM-in mütəxəssisləri üçün neft-qaz və avtomatika sahəsində geniş tətbiq olunan bir sıra proqram təminatları ilə bağlı təlimlər keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>