A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13672358_966302136848930_1198624642_n

ADU-da Çin Xalq Azadlıq ordusunun yaranmasının növbəti ildönümü qeyd olundu

 

İyul ayının 29-da Azərbaycan Dillər Universitetində ADU nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə ÇXR Silahlı Qüvvələrinin yaranmasının ildönümünə həsr edilmiş “Böyük İpək yolunda təhlükəsizliyin təmin olunması” mövzusunda tələbə elmi seminarı keçirildi.

Seminarı açıq elan edən ADU-nun nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji rolu haqqında danışaraq Avrasiya nəqliyyat dəhlizlərinin fəaliyyət təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. R.Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  hərbçilərlə görüşdə dünya səviyyəsində güclü orduların sırasına daxil olan və istənilən vəzifənin icrasına hazır Azərbaycan ordusu haqqında olan nitqindən sözləri xatırlatdı.

Seminarda Azərbaycanın Çindəki səfirliyinin keçmiş hərbi attaşesi, tarix elmləri doktoru Nurulla Əliyev Asiyadakı müasir hərbi-siyasi və geoiqtisadi proseslərdə Çinin iştirakından bəhs etdi.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri seminarda hesabatlarla çıxış edərək Çinin “fəal müdafiə” strategiyası, hərbi sahədə Çin ordusunun modernləşdirilməsinə yönəlmiş islahatlar, təhlükəsiz İpək Yolu marşrutlarının formalaşması tarixi, qədim dövlətlərin Şərq və Qərbi birləşdirən karvan yollarına nəzarət uğrunda mübarizəsi haqqında danışdılar.

Seminarın işində ÇXR-in Azərbaycandakı səfirliyinin Siyasi şöbəsinin müdiri cənab Cen iştirak edirdi.

 

13672358_966302136848930_1198624642_n 13874895_966302133515597_2004088287_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>