A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13686622_1141096025962684_1218144556320206123_n

Təhsil haqqısı münasib olan daha bir universitet

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Bakı Avrasiya Universiteti 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsində aşağıdakı ixtisaslar üzrə
TƏLƏBƏ QƏBULU ELAN EDİR:

Qeyd:
1.Təhsil yalnız əyani təhsilalma formasında və ödənişli əsaslarla (YÖ) aparılır;
2. Filologiya (türk dili və ədəbiyyatı) ixtisası (ixtisas kodu:162259) Bakı Avrasiya Universitetinin Türkiyə Universitetləri ilə əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən birgə akademik proqramdır və tədris türk dilində aparılır.

Orta təhsil haqqı 2000 manat..

Universitetə 600-dən çox bal toplayaraq qəbul olunan abituriyentlər hər ay 500 manat təqaüd alacaq.

650 baldan yüksək nəticə göstərən xanım abituriyentlər pulsuz yataqxana ilə təmin olunacaq.

İxtisas seçiminin ilk mərhələsində Bakı Avrasiya Universitetini seçən 500 və daha yuxarı bal toplayan tələbələr I kurs üçün illik təhsil haqqı ödəməkdən azad edilir;

İxtisas seçiminin ilk mərhələsində Bakı Avrasiya Universitetini seçən 400-499 bal toplayan tələbələrə I kurs üçün illik təhsil haqqından 30% məbləğində güzəşt edilir;

Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan və Bakı Avrasiya Universitetinin ixtisas kodlarını I yerdə göstərənlər xüsusi qiymətləndirilir.

Bakı Avrasiya Universitetinə qəbul olunduğunuz halda:
Təhsil müddətində əldə etdiyiniz nailiyyətlərə görə illik təhsil haqqından güzəştlər qazanırsınız: tədris ilini tam əla qiymətlərlə başa vuran və təhsildə qazandığı xüsusi nailiyyətlərinə görə fərqlənən tələbələrə müxtəlif məbləğlərdə təhsil haqqı güzəştləri tətbiq edilir və Universitetin adlı təqaüdləri verilir;

Abituriyentlər və valideynlər! Qəbulla əlaqədar məlumatları mütəmadi olaraq Universitetin rəsmi saytında (www.baau.edu.az) izləyə bilərsiniz.

Sizi maraqlandıran əlavə məlumatlarla bağlı Universitetin Qəbul Komissiyasına həftənin şənbə və bazar günlərindən başqa hər gün saat 1000-dan etibarən müraciət edə və ya elektron poçtuna (info@baau.edu.az) suallarınızı göndərə bilərsiniz. Biz sizləri operativ olaraq cavablandıracağıq.

Ünvan: Bakı şəhəri, N.Nərimanov rayonu, akademik Həsən Əliyev küç. 135 A (5 №-li xəstəxananın arxası)
Telefonlar: (012) 5646367(daxili nömrə 142); (012) 5646365; 012 (5644272), (012) 5646266
Oline müraciət : info@baau.edu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>