A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12049216_819854551446780_216136089644250451_n

BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada vəfat etdi – FOTO

12049216_819854551446780_216136089644250451_n

 

 

12049216_819854551446780_216136089644250451_n

Kamran Babazadə ötən il ali məktəbə qəbul olunub

Xəbər verdiyimiz kimi, dünən Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero-İo” markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sərnişini, 1997-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sürücü, 1998-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

”Azərbaycan Universitetləri” səhifəsi xəbəər verir ki, qəzada həlak olan Kamran Babazadə Bakı Dövlət Universitetinin tələbəsi olub. O, keçən il yüksək balla ali məktəbə qəbul olunubmuş.

Mərhumun atası Alim Babayev facebook profilində qəza ilə bağlı status paylaşıb. Övlad acısından sarsılan atanın dərdinə şərik çıxır, ona başsağlığı veririk. Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>