A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
publika.az1402413848mualli4__11m

Müəllimlərin imtahanı başlayır

Təhsil Nazirliyi noyabrın 28 və 29-da Xaçmaz rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini aparacaq. Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.

Nazirlikdən bildirilib ki, imtahanda 2300-dən çox müəllimin iştirakı nəzərdə tutulur. İmtihan Xaçmaz Olimpiya Bina Kompleksində keçiriləcək. İki gün davam edəcək imtahan saat 08:00-dan başlayıb axşam 17:00-ə qədər davam edəcək. Müəllimlər 40-ı ixtisas, 20-i metodik suallar olmaqla 60 sualı cavablandıracaqlar.

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, bu ilin sonuna qədər dianqostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları 2016-ci ilin yanvarın 1-dən artırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>