A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
47016

Tibb Universitetinin qız tələbəsi akademik borca görə intihar etdi

Azərbaycan Tibb Universitetinin tələbəsi özünü binadan ataraq intihar edib.
11:51
Universitetin mətbuat xidmətindən məlumat verilib ki, 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı 2010-cu ildə universitetə daxil olub:
“O, əslində 2014-2015-ci ildə ATU-dan məzun olmalı idi. Lakin, 5 akademik borcu qaldığı üçün universiteti hələ də bitirə bilməmişdi”.
Universitetdən bildirilib ki, stomatologiya fakültəsinin terapevtik stomatologiya ixtisası üzrə təhsil alan T.Həsənzadə aktiv olmayan tələbə sırasında olub və tələbə yoldaşlarının dediyinə görə, özünə qapanıbmış.
Həmçinin, o da bildirilib ki, mərhum əslən Şəki şəhərindən olub.
10:51
AZEDUPRESS xəbər verir ki, ötən gün axşam saatlarında gənc qız Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb.
O, hadisə yerindəcə keçinib. İlkin araşdırmalardan sonra intihar edən qızın 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib.
İntihar edən qız Tibb Universitetinin tələbəsi olub.
Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
lent.az / gun.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>