A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13553364_1048973818543463_1374711770_n

Abituriyentlərin imtahana psixoloji hazırlığı

ABİTURİYENTLƏRİN İMTAHANA PSİXOLOJİ HAZIRLIĞI

1-2 iyul 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının binasında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçiriləcəkdir. AMEA Mərkəzi Elmi Kitabxanası, Fransa-Azərbaycan Universiteti, Qərb Universiteti və Hədəf Kurslarının təşkilatçılığı ilə baş tutacaq layihənin əsas təşkilatçısı AR Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir. Treninq zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında seminarlar keçiriləcək.

İştirakçılar www.hedef.edu.az saytında qeydiyyatdan keçərək seminarda ödənişsiz olaraq iştirak edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>