A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
65

Bakı Biznes Universitetində məzun günündə əmək yarmarkası keçirildi

Ənənəvi olaraq bu tədris ilində də, yəni 29 iyun 2016-ci il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. “Məzun – 2016” buraxılış günü proqramı çərçivəsində həmin gün saat 09:00-dan 12:00-a qədər Universitetdə tələbə-məzunların əmək bazarına inteqrasiyası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı Şəhər Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov məşğulluq mərkəzlərinin təqdim etdikləri iş yerləri ilə maraqlanmış, onlara lazımi tövsiyələrini vermişdir. Yarmarkada Bakı Şəhərinin Rayonlarının Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 70-ə qədər müəssisə və təşkilatlar tərəfindən 400-dən artıq vakant iş yeri təqdim edilmişdir.
Həmin gün saat 12:00-dan “Məzun – 2016” proqramı çərçivəsində tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Həmçinin,2016/2017-ci tədris ili müddətində Avropa Şurasının Erasmus+ proqramı ilə Avropanın nüfuzlu universitetlərində elmi-tədqiqat işi aparacaq bir qrup doktoranta , Avropanın aparıcı universitetlərində təhsil alacaq magistr və bakalavrlara dəvət məktubları təqdim edilmişdir.
Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram konsert proqramı olmuşdur.

65 66 67

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>