A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
43

ADNSU ötən illərin məzunlarına Məzun günü keçirdi

İyunun 29-da dünyada AZİİ kimi tanınan, müəyyən vaxtlarda adı bir neçə dəfə dəyişilən və bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi fəaliyyət göstərən nüfuzlu təhsil müəssisəsində ötən illərin məzunları ilə görüş keçirilib. Ötən illərin məzunlarına həsr olunan Məzun günü universitetin tarixi yaddaşına həkk olunub
Məzun günündə Təhsil Nazirliyinin nümayəndəsi, nazir müavini Fərhad Əmirbəyov, SİNAM-ın direktoru Əbülfət Rəhmanov, FHN baş idarə rəisinin müavini Gündüz Həmzəyev, 70-80-ci illərdə Azərbaycan SSRİ-nin Neft Emalı Sənayesi Naziri işləmiş Kamil Akimov, millət vəkilləri Rasim Musabəyov, Fuad Muradov, SOCAR-n nünayəndələri və digər məzunlar ADNSU-nun fəxri qonağı olublar. Məzunlar arasında 69 ildən sonra bir məzun olaraq universitetə gələn qonaqlar olub. Qocaman məzunlar gənclərlə birlikdə məzun həyəcanını bir daha yaşayıblar.
Tədbirin rəsmi hissəsi akt zalında keçirilib. Mərasim Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri açan ADNSU rektoru, professor Mustafa Babanlı qonaqları – məzunları salamlayaraq onları öz doğma təhsil ocaqlarında görməkdən böyük məmnunluq hisssi keçirdiyini bildirib. Rektor universitetin böyük dərin özüllərə söykənən tarixi və gələcəyə hesablanan perspektivləri və qarşıda dayanan planlardan söz açıb. Professor ADNSU-nun özünəməxsusluğunu qeyd edərək, onun heç bir ali təhsil müəssisəsinə bənzəmədiyini ifadə edib. Universitetin yaranma tarixi, müxtəlif adlarda adının dəyişməsi və ADNSU adını alması ilə bağlı Prezidentin sərəncamı qonaqların diqqətinə çatdırılıb. İnnovativ layihələr, beynəlxalq əlaqələr, beynəlxaq proqramlar çərçivəsində keçilən dərslər, fakültə və ixtisaslar və bu kimi universitetdə görülən işlərdən söz açılıb. Tədbrdə ötən illərin məzunları ilə əlaqələrin qırılmaması, əməkdaşlıq əlaqələrinin yaradılması üçün hər il Məzun gününün keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Universitetlə əlaqələndirici, məlumatlandırıcı missiyasını həyata keçirəcək Məzun Mərkəzinin yaradılması ideyası da irəli sürülüb. Sonda keçmiş məzunlar adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.
Tədbir universitetin həyətində düzənlənmiş konsert proqramı ilə davam edib. Universitetin “Gənclik” mahnı və rəqs ansamblı, eyni zamanda Azərbaycanın tanınmış müğənniləri, muğam ifaçıları öz çıxışları ilə tədbirə rəng qatıblar.
“ADNSU Xəbər”

40 41 42 43 44 45

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>