A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
31

Uzun illərdən sonra ADNSU-nun 96-cı MƏZUN GÜNÜ təntənə ilə qeyd edildi

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun günü əvvəlki illərin Məzun günlərindən olduqca fərqli və yaddaqalan olub. ADNSU-nun 96-cı buraxılış günündə 2015/2016-cı tədris ilinin məzunları, universitetin müəllim və tələbə heyəti, media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.
Tədbiri təbrik nitqi ilə rektor, professor Mustafa Babanlı açıb. O, Azərbaycanın bu günü və gələcəyi naminə atılan addımlardan söz açıb və bütün bunların Azərbaycan dövlətinin inkişafına hesablandığını qeyd edib.

Bildirilib ki, 2015/2016-cı tədris ilində ADNSU-nu 33 ixtisas üzrə 1600 tələbə bakalavr pilləsini başa vurur. Bunlardan 126 nəfər fərqlənmə diplomuna layiq görülüb. Magistraturanı başa vuran 354 tələbənin 159-u tədrisi fərqlənmə diplomu ilə bitirir. Qeyd olunub ki, BA proqramı çərçivəsində təhsil alan 99 magistor MBA, 29 bakalavr ZU proqramları üzrə təhsilini başa vurur.

M.Babanlı universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələr verib. Rektor müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
ADNSU məzunlarını təbrikə gələn qonaqlar – Nəsimi Rayon İcra başçısı Asif Əsgərov, Nəsimi rayon YAP təşkilatının sədri, millət vəkili Məlahət Həsənova, millət vəkili, professor Hüseynbala Mirələmov ADNSU mütəxəssislərinin Azərbaycanda və dünyada nüfuzlu söz sahiblərinə malik olduqlarını qeyd edərək, belə bir tədbirə qatılmalarından qürur hissi keçirdiklərini söylədilər. Çıxışçılar bu universitetin prezidentlər, dövlət adamları, böyük mütəxəssislər yetişdirdiyini dəfələrlə qeyd edərək, bu günün məzunlarının gələcəyin aparıcı mütəxəssisləri olacaqlarına inandıqlarını söylədilər. Vurğulanıb ki, demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın bütün sahələri yüksəliş mərhələsindədir. Qeyd olunub ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.
Universiteti “əla” qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib. Ən yaxşı məzunların adı simvolik kötüyə həkk olunub. Tədbir universitetin “Gənclik” mahnı və rəqs ansamblının və digət ifalarla davam edib. Tədbirə populyar müğənnilər öz çıxışları ilə rəy qatıblar.
“ADNSU Xəbər”

21 22 23 24 25 26 27 28 29 30 31 32 33 13450735_731867416916196_3331892697854230697_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>