A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
nurlana-eliyeva1467183642

BSU-nun yeni rektoru: “Daxili nizam-intizamı möhkəmləndirəcəm”

“Artıq vəzifəmin icrasına başlamışam. Mənə etimad göstərib rektor vəzifəsinə təyin etdiyi üçün ölkə başçısına təşəkkür edirəm”.

Bu sözləri Bakı Slavyan Universitetinin (BSU) yeni rektoru Nurlana Əliyeva deyib.

Nurlana Əliyeva bildirib ki, hələ ki universitetin daxili nizam-intizamı ilə məşğuldur və onu daha da möhkəmləndirməyə çalışacaq:

“Hələ ki universitetin daxili nizam-intizamı ilə məşğulam. Universitetlə tanışlıq mərhələsinə başlamışam. Prorektorlarla müzakirələr aparırıq”.

Yeni rektor bildirib ki, universitetdə ümumi vəziyyəti tam öyrəndikdən sonra hansı işlərin görülməsi haqqında qərar verəcək.

Xatırladaq ki, Nurlana Əliyeva iyunun 23-də prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunub. O, həm də Yeni Azərbaycan Partiyası Qadınlar Təşkilatının sədridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>