A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12248623_1156446184385137_1545980506_n

BANM və Moskva Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Moskva Fiziki-Texniki Institutunun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Anna Derevnina Bakı Ali Neft Məktəbində olub.

Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonağı salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib.

Ramiz Hümbətov BANM-in tarixi haqqında məlumat verərək, bu ali təhsil müəssisəsinin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını deyib.

Azərbaycanda neft sənayesinin inkişafından, SOCAR-ın biznes fəaliyyətinin xarici ölkələrdə genişlənməsindən söz açan prorektor Ali Məktəbin əsas məqsədinin neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanması olduğunu deyib. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu vurğulayıb və tədrisin ingilis dilində aparıldığını diqqətə çatdırıb. Ramiz Hümbətov bildirib ki, BANM-də tədris Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. O, həmçinin fənlər üzrə yekun imtahan nəticələrinin Heriot-Vatt Universitetinin professorları tərəfindən qiymətləndirildiyini qonağın diqqətinə çatdırdı. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini deyərək, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının da yüksələn xətt üzrə getdiyini bildirib. Bu tədris ilində I qrup üzrə Prezident təqaüdünü qazanan 25 tələbədən 17-nin BANM-in tələbəsi olduğuna diqqət çəkib. Ali Məktəbin kampusu haqqında söz açan prorektor orada tələbələr üçün yaradılan şəraitdən danışıb. Ramiz Hümbətov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric, Halliburton, Statoil kimi bir sıra transmilli şirkətlərdə istehsalat təcrübəsi keçməsindən də söz açıb, BANM-in Moskva Fiziki-Texniki Institutu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Moskva Fiziki-Texniki Institutunun Beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina səmimi qəbula və məlumata görə öz təşəkkürünü bildirib. Azərbaycanda ilk dəfə olduğunu deyən Anna Derevnina Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərlərarası Forumunda iştirak etmək üçün ölkəmizə səfər etdiyini deyib. O, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət sahələri haqqında geniş məlumat verərək, birgə proqramların və layihələrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı fikirlərini bölüşdü. O, BANM-in rəhbərliyini təmsil etdiyi ali təhsil müəssisəsinə dəvət edib.
Görüşdə, eyni zamanda, əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, o cümlədən digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>