A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1447921017537863017_1000x669

Azərbaycan və Rusiya ali məktəblərinin əməkdaşlığında yeni mərhələ…

1447921206897622054_1000x66914479210171018664879_1000x669

Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı olub. İki ölkənin aparıcı universitetlərinin rektorlarının və tanınmış elm xadimlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev tədbiri açaraq iştirakçıları salamlayıb və bu forumun keçirilməsinə göstərilən köməyə görə Rusiya nümayəndə heyətinə minnətdarlığını bildirib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan və Rusiya təhsil nazirliklərinin təşəbbüsü ilə noyabrın 20-də Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanacaq. Rektor bu sənədin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin Memorandum iki ölkənin aparıcı universitetlərinin əməkdaşlığı tarixində yeni səhifə açacaq. Hafiz Paşayev “ADA” Universitetinin yaradılması tarixi və fəaliyyəti barədə də məlumat verib.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov forumun işini yüksək qiymətləndirərək vurğulaylıb ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, çünki bu forumda bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi, müxtəlif mövzularda diskussiyalar aparılır.

Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin diqqətə çatdırıb ki, Azərbaycan həmişə təhsil ocağı olub, Azərbaycan universitetlərinin məzunlarına bütün dünyada tələbat var. O, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının işinin uğurlu olacağına əminliyini bildirib.

Sonra Azərbaycan və Rusiya Universitetlərinin rektorları təhsil, elm və texnologiyalar sahəsində Rusiya-Azərbaycan əlaqələrinin inkişafı mövzusunda məruzələrlə çıxış ediblər.

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>