A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
41465544735

Təhsil Nazirliyi 14 iyun narazılığına CAVAB VERDİ

Bu ildən orta məktəblərdə dərs ili iyun ayının 15-nə kimi uzadılıb. Təhsil Nazirliyinin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Valideynlər, şagirdələr, elə müəllimlərin özləri də narazı görünür. Müşahidələrə görə, əksər orta məktəblərdə dərsə davamiyyət həddindən artıq zəifləyib, tədrisin keyfiyyəti aşağı düşüb. Əksəriyyət belə hesab edir ki, tədrisə 15 günlük əlavə sadəcə olaraq vaxt itkisidir…

Təhsil Nazirliyindən məsələ ilə bağlı cavab olaraq bildiriblər ki, bu proses qanuna uyğun şəkildə həyata keçirilib:

“Ölkə Prezidentinin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşib.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatmalıdır.

Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan, həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilib. Bununla da, dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq, orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb”.

Nazirlikdən verilən açıqlamada deyilir ki, dərs ilinin uzadılması bundan sonra tədris yükünün artmasına imkan verməyəcək:

“İnkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır. Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünü azaltmaq, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaratmaq olub”.

Sorğuya cavab olaraq bildirilib ki, dərs ilininin iyunun 15-dək uzadılması həmçinin hava şəraiti ilə də əlaqəlidir.

“Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilmiş məlumata görə, son 10 ildə aparılmış müşahidələrin nəticələri göstərir ki, respublika ərazisində iyun ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 22,40 C, mütləq maksimum temperaturu 38,30 C, mütləq minimum temperaturu 11,00 C, sentyabr ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 21,90 C, mütləq maksimum temperaturu 38,00 C, mütləq minimum temperaturu 9,40 C olub.

Göründüyü kimi, həmin ayların temperatur göstəricələri demək olar ki, eynidir.

Eyni zamanda sentyabrın 1-dən 14-nə kimi olan müddətin yay fəslinə, 1-14 iyun tarixlərinin isə yaz fəslinə təsadüf etdiyini nəzərə alsaq, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək”-deyə Təhsil Nazirliyindən bildirilib.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>