A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
caa968bb-5536-4c4d-b2dd-2ec359e032ff_292

Xızıda dəhşətli yol qəzası ilə bağlı CİNAYƏT İŞİ AÇILDI – Nazir Siyəzənə getdi

Səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gedib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfər müalicə edilir.

Onların bu gün ərzində Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasına köçürüləcəyi gözlənilir.

Ötən gün Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Texniki Kollecinin müəllim-tələbə heyətini daşıyan avtobus qəzaya düşüb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>