A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
unnamed_848

ADA və ADAU əməkdaşlığa başladı – FOTO

 

ADA Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti birgə əməkdaşlığa başladı. Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla keçirilən görüşdə Respublika Kənd Təsərrüfatı Nazirliyi və ADA Universiteti arasında bağlanan anlaşma memorandumuna əsasən 2016-2017-ci tədris ilində kənd təsərrüfatı üzrə MBA proqramı ilə magistr hazırlığı müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, 17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. Bu proses Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndirmə və əməkdaşlığı həyata keçirəcək. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər. Bütün xərclər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödəniləcəkdir.

ADA Universitetinin Biznes məktəbinin dekanı, doktor Nejdet Delener deyib: “Gözləyirik ADAU-nun tələbələri MBA proqramına mürciət edəcəklər. Biz də o tələbələrin magistr pilləsində hazırlığını keçəcəyik. Digər müxtəlif sahələrdə-professorların təlimi, tələbə mübadiləsində də əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq hər iki universitet üçün əhəmiyyətli olacaq.”

Nümayəndə heyətinə ADAU-nu tədris bazası haqqında geniş məlumat verilib, dünya universitetləri ilə aparılan əməkdaşlığın uğurlarından məlumat verilib. Görüşdən sonra ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsinin iclas salonunda ADA Universitetinin əməkdaşları tərəfindən kənd təsərrüfati üzrə MBA magistr proqramının təqdimatı keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>