A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
hyundai_ash

Xızıda müəllim və tələbələrlə dolu aşan avtobusdan xəbər (YENİLƏNİR)

Məlumata görə, dünyasını dəyişənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur.

Yaralılardan bəzilərinin adı məlum olub. Bunlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira,Ziba Rəhimova,Lalı Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov,Rasim Rzayev,Leyla Fəryadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev,İradə Əliyeva,Fərqanə Fərzəliyeva,Hədiyyə Əliyev,Vüsalə Ağabəylidir.

Qeyd edək ki bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. İçərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki,  həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>