A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
600@0

Azərbaycanda dəhşətli qəza: Müəllimlər həlak oldu, yaralılar var

Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in şimal bürosunun məlumatına  görə, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Sürücü sağ qalıb. 23 nəfər yaralanıb.

Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.

Dünyasını dəyişmiş iki nəfər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal bölməsinə gətirilib.

11 nəfər xəsarət almış sərnişin isə Siyəzən regional diaqnostika müalicə mərkəzinə aparılıb.

Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>