A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
скачанные файлы

Universitetlərdə qayıb məsələsinin həlli “distant” təhsilə keçidlə mümkündür – REKTOR MÜŞAVİRİ

Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyetinin üzvüd, Azərbaycan Dillər Universitetinin rektorun müşaviri, tarix elimləri üzrə fəlsəfə doktoru və Strasburq Universitetinin doktoru Vazeh Əskərov..

– Vazeh müəllim, bu günkü Azərbaycan cəmiyyətində gənc kadrların fəaliyyətini necə qiymtələndirirsiz?

Salam. Öncə sizə və təmsil ediyiniz mətbuat orqanına göstərdiyiniz təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, biz gənclərin atdıqları hər bir addım Azərbaycanın mənafeyi və Azərbaycançılıq üçün olmalıdır. Azərbaycanda gənclərə olan qayğı təkcə hansısa qurumlarda deyil, bütövlükdə dövlət tərəfindən aparılan sistemli bir forma təşkil edir. Biz bilirik ki, gənclərə qayğı və yüksək diqqət hələ Ulu Öndər Heydər Əliyevdən başlamışdır. Təsadüfi deyil ki, 1997-ci ildən bəri hər il 2 fevral “Gənclər günü” kimi qeyd olunur. Gənclərə olan diqqət həmişə Cənab Prezident İlham Əliyev tərəfindən də yüksəkdir. Hesab edirəm ki, gənclərə qoyulan sərmayə, onlar üçün yaradılan şərait inkişaf etməkdə olan dövlətimiz üçün yeni-yeni düşüncə və ideyanı eləcə də müasir formanı daha da inkişaf etdirə bilər. Belə ki, gənclər həmişə dünyanı öz yaşadıqları dövrə görə daha müasir qavrayır və dərk edirlər. Buna bir az kreativ baxaq. Misal üçün bizim gözəl xalq mahnılarımız və ya müğamlarımız var ki, əsrlər boyu sevə-sevə dinlənilir. Biz bu musiqiləri müxtəlif ifalarda dinləməyi çox xoşlayır və öyrəşirik.Lakin diqqət yetirsək özümüz də bilmədən həmişə arzulayırıq ki, bu ifaları yeni nəfəsdə eşidək. Belə ki, müasir gəncin səs tembiri, onun müsiqiyə daha fərqli yanaşması və yeni fomatı bizi hər zaman cəlb edir. Bu nəsillərin bir-birini əvəz etməsi və milli mənəvi maraqlarımızı qoruyaraq inkişaf etdirməsi kimi qəbul olunur.

Eyni zamanda o da məlumdur ki, gənclər yaşlı nəsilə rəğmən daha çox yeniliyi sevir və daima axtarişda olub,muxtəlif sintezlər etməyi xoşlayırlar. Əksinə, yaşlı nəsil daha çox konservativ olurlar. Hətta belə bir deyim də var ki, o insan ki, 40 yaşı haqlayıb konservativ düşünmürsə deməli o , öz yaşını yaşamır və ya o,gənc ki yeni ideyalar irəli sürməkdən çəkinir, axtarışlar edib,müasirlik nümayiş etdirmirsə o da öz gəncliyini yaşamır. Məhz elə bu baxımdan ölkəmizdəki gənclər siyasəti həmişə öz orijinallığı ilə fərqlənir. Bu baxımdan dövlət proqramı çərçivəsində gənclərin xarici ölkələrin aparıcı universitetlərinə göndərilməsi və təhsil aldıqdan sonra yenidən ölkəyə qayıdıb Azərbaycana tövhə verməsi çox gözəl təşəbüsdür. Düşünürəm ki, Azərbaycan cəmiyyətində gənclər həmişə öz idealarına görə fərqlənirlər. Eyni zamanda qeyd edim ki, söhbət elmə yəyələnmiş, savadlı eləcə də hər hansı bir sahəni öyrənən gənclərdən gedir.

 Avropa universitetləri ilə müqayisədə Azərbaycan universitetlərindərində nəyi tapmırıq?

Azərbaycan təhsil sisteminin formalaşma tarixinə nəzər saldıqda görürük ki, istər sovet dönəmində , istərsə də müstəqillik əldə etdiyimiz dövr təhsilimiz ümumi alman təhsil sistemi üzərində qurulmuşdur. 2014-cü ilin noyabr ayında Təhsil Nazriliyinin xətti ilə Azərbaycanın 15 universitet rəhbərliyini təmsil edən böyük bir nümayəndə heyəti Ankarada iki həftəlik təlimdə oldu. Məqsəd iki ölkə arasında təhsil sistemlərinin daha dərindən öyrənilməsi idi. Bundan əlavə 2014-cü ildən bəri Təhsil Nazirliyinin və Azərbaycan Dillər Universitetinin xətti ilə digər başqa ölkələrdə, Fransa, Avstriya, Cexiya, İsveç, İtaliya və s. də müxtəlif təhsil proqramları ilə tanış olmuşam. Eyni zamanda uzun illər Fransada təhsil aldığımı və son illər ərzində aldığım təcrübədən çıxış edərək bunu deyə bilərəm ki, hal-hazırda Azərbaycanda müasir təhsil sistemi formalaşmaqdadır. Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycanda Boloniya sisteminə keçid 2005-ci ildən başlanılmışdır. Məhz ilk Boloniya sisteminə keçid də Azərbaycan Dillər Universitetinin adı ilə bağlıdır. Heç də sirr deyil ki bir sıra Avropa ölkələrində Boloniya sistemi hələ də tam oturuşmamışdır. Azərbaycan Dillər Universitetinin təcrübəsindən çıxış edərək görürük ki, universitetlərin müxtəlif istiqamətlər üzrə dinamik inkişafı mövcuddur.

İndi gəlin verilən təhsildən və təhsil üçün yaradılmış infrastruktura diqqət yetirək. Təhsil almaq tələbənin öz istəyi, bacarığı və biliyi ilə formalaşır. Azərbaycanda yüksək ali təhsil almaq istəyən hər bir gənc bunu asanlıqla həyata keçirə bilər.Yetər ki, bunu istəsin. Lakin infrastruktur nöqteyi nəzərdən, əlbətdə ki, bu gün Avropa universitetləri ilə müqaisədə Azərbaycan universitetlərinin də inkişaf etdirməli olan sahələri çoxdur. Bura ilk növbədə campus, yataqxana, müasir binalar, standartlara cavab verən dərs otaqları, yeməkxanalar və eləcə də tələbələr üçün kitabxana, informasiya ressurs kompleksləri, müxtəlif tələbə endirimləri, əlbətdəki, xüsusi tələbə təqaüdləri və s. aid etmək olar. Sevindirici haldır ki, bu standartlara cavab verən təhsil ocaqları artiq ölkəmizdə mövcuddur.Onarın arasında Azərbaycan Diplomatik Akademiya (ADA) ən öndə gedənlərdəndir.

– Azərbaycanın da 10 ildən bəri qoşulduğu Bolonya sistemində qayıb məsələsi yoxdur. Lakin Azərbaycanda qayıb sistemi hələ də mövcuddur. Sizcə, qayıb sisteminin ləğvi, yoxsa saxlanılması məqbuldu?  

Tələbələrin dərslərdə mütləq surətdə iştirak etməsi və 25% dərs buraxdıqda qayıb almaları və imtahanlara buraxılmamaları qəbul olunmuş bir sistemdir. Əlbətdə ki, bu tələbələri narahat edir və bir çox suallar yaradır. Lakin indi gəlin baxaq görək universitet müəllimi neçə saat qeyri-auditor saat dərs deyməyə tələbə yiğa bilir? Təcrübə göstərir ki, heç bir saat da tələbələr buna meyilli deyillər. Açığını deyim, həm qayıb, həm də zəng sistemini yığışdırılması ilə bağlı mən bir neçə il əvvəl rəhbərliyə öz təkliflərimi etmişəm. Ancaq geniş müzakirələrdən sonra bu qənaətə gəldik ki , 6 000 tələbəsi olan bir universitetin tələbələrini qayıbdan azad etməkdən əvvəl tələbələr arasında təfəkkür formalaşmalıdır. Həmçinin bunun üçün müvafiq qurumun icazəsi olmalıdır. Mən əminəm ki, indiki şəraitdə qayıb sistemi yığışdırılsa tələbə auditoriyaya istədiyi vaxt gələcək və ya heç gəlməyəcək.

Lakin biz bunu digər bir formatda daha düzgün tətbiq edə bilərik. Gəlin bir anlıq düşünək ki, tələbə ailəlidir, işləyir və ya digər bir narahat edən məsələyə görə dərslərə mütəmadi qatıla bilmir. Eləcə də uzunömürlü təhsil almaq istəyən və ya ikinci ali təhsil almaq istəyən insanlarımız vardır ki, müxtəlif səbəblərdən dərslərdə həmişə iştirak edə bilmirlər. Bunun üçün hal-hazırda bütün dünyada inkişaf etməkdə olan distant təhsil formatını inkişaf etdirə bilərik. Mən çox arzlayıram ki Azərbaycanda distant təhsil sistemi formalaşsın. Mən hətta onun mexanizimini də hazırlamışam və bunla bağlı bir neçə elimi məqalə də dərc edtirmək fikrindəyəm. Qeyd edim ki, Azərbaycan universitetlərində distant təhsil tətbiq olunmur. Azərbaycan Dillər Universitetində biz artıq bunun formatını işləyirik. Mən universitetin Elmi Şurasında da bunu təqdim etmişəm və şura üzvləri də bunu çox yüksək qiymətləndiriblər. Disant təhsil üçün infrasturktur yaradılıb.Universitetimizdə yerli internet kanalı fəaliyyət göstərir. Razılıq və iradə olarsa, Azərbaycanda distant təhsil formalaşacaq və qayıb məsələsi beləcə də həll edilmiş olacaq.

İndi gəlin baxaq kütlə buna hazırdımı? Belə bir yeni sistemi illərlə formalaşmış ənənəvi təhsil sisteminə tətbiq etmək olarmi? Mən bir məsələni xatırladım; Azərbaycanda ASAN xidmət açılan qədər kütlə buna hazır deyildi. Amma ASAN xidmət açıldı və insanlar bu xidmətdən çox razıdılar. Cənəb Prezident öz iradəsini göstərdi və eyni qurumlar yenə də fəaliyyətdədir. Lakin ASAN xidmətdə paralel olaraq həyata keçirilən sistemlər insanların rahatlıqlarını və problemlərinin çox rahatlıqla həllini təmin edir. Bax, əsl yenilik, müasirlik və iradə budur. Müəyyən bir yeniliyi gətirmək, üzərində işləməklə təkamül prosesini keçmək və onu tətbiq etmək. Axı heç bir yenilik asanlıqla tətbiq olunmur. Buna digər bir missal artiq üç ildir Azərbaycan Təhsil sistemində həyata keçirilən SABAH qruplarıdır. Məhz elə söz açdığınız qayıb sisteminin də alternativi bu gün distant təhsildi. Bu təhsil tək gənclərə deyil, oxumaq arzusundan və yaşından asılı olmayaraq hər kəsə aiddir.Yəqin ki,gələcəkdə qayıb sistemi ilə bağlı məsələlər həll olacaq. Artıq vətəndaşlar universitetə deyil,universitet evə gələcək.

– Bildiyim qədər ,uzun illər Avropanın mərkəzi Strasburq şəhərində yaşamısız. Fransadakı Azərbaycanlı Tələbələr Asossiasiyasının prezidenti kimi fəaliyyət göstərmisiz. Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvüsüz. On ildən sonra sizi Azərbaycana qaytaran nə idi?

Mən 2003-cu ildə Avropaya təhsil almağa gedəndə, Fransada və digər Avropa universitetlərində o qədər də azərbaycanlılar yox idi. Sonrada Xaricdə Təhsil Dövlət proqramının tətbiqi eləcə də Azərbaycanda iqtisadiyyatın inkişafındakı sıçrayış azərbaycanlı tələbələrin inkişaf etmiş ölkələrin universitetlərinə qəbul olunmasını daha da surətləndirdi. Açığını deyim ki, Mən Fransaya ilk gedən gündən vətənə qayıtmağımı düşünürdüm. Lakin, Avropadakı tələbələr üçün yaradılmış şərait mənim təhsilimin doktorantura pilləsinə qədər oxumağıma yol açdı. Düşünürdüm ki,buradakı təhsildən mütləq yararlanmalıyam. Üç il müddətində arıq iki magistr diplomu əldə etdim. 2007-ci ildə doktaranturaya qəbul oldum. Çox şad idim ki,ilk dəfə olaraq Azərbaycan mühacirləri haqqında araşdırmalar aparacağam. Həmişə ölkəmi təmsil edərək, istəyirdim ki əldə etdiyim bilikləri Azərbyacanda həyata keçirim. Bu məqsədlə də doktorluq müdafiəmdən sonra yubanmadan Azərbaycana gayıtdım. Uzun illər xaricədə yaşayan adamın ürəyi hər an vətənlə olur. On il xaricdə yaşadım. Azərbaycandakı yenilikləri, hadisələri hər zaman izləyirdim. Gəlib Azərbaycanın daha da inkişaf etdiyini gördüm. Fransa üçün də darıxıram, həyatımın on ili orada keçib, çoxlu xatirələr var, övladlarım orada doğulublar, amma mən yenə də Azərbaycan üçün işləməyi düşünürəm. Orada yaşayan zaman həmişə çalışırdım ki, ilklərə imza atım. Məsələn, ətrafımda olanlar nəyin isə mümkün olmadığını deyəndə çalışırdım gedim və göstərim ki, bunu etmək mümkündür. Azərbaycana gəlməyimin səbəblərindən biri də oradakı təhsil almış, təhsillərini bitirmiş, amma hələ də özlərini Fransa, Avropa cəmiyyətində tapmamış insanlara göstərmək idi ki, əgər siz özünüzü orada tapmayırsızsa bir Azərbaycana da baş çəkin. Bəlkə, talehiniz burayla bağlıdı, aldığınız bilik, bacarığı burada tətbiq edə bilərsiz. Nəyinki orada qalıb qazandığınız biliyi heç bir sahəyə xərcləməməkdənsə. Bu da bir ilkdir. Doğurdan çox xoşbəxtəm ki, Azərbaycanda oradakı mühitdə təhsil almış, formalaşmış insanlara çox böyük hörmət, qayğı və dəstək var. Xoşbəxtəm ki, Azərbaycana gələn kimi universitetimizin keçmiş rektoru Səməd Seyidov məni işlə təmin etdi və müəyyən məsuliyyətli işləri mənə tapşırdı.

– Informasiya müharibəsində Azərbaycan Dillər Universitetinin rolunu necə qiymətləndirirsiz?

Bir Azərbaycan gənci olaraq hesab edirəm ki, gənclərin mövqeyi, xüsusən də Azərbaycan Dillər Universitetində yüksəkdi. Qeyd etməliyəm ki, informasiya mübarizəsində dil bilgisinin olması da çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Dillər Universitetində tədris olunan xarici dillərin sayı 22-dir. Bu çox böyük göstəricidir. Belə ki, bu dillərdə təhsil alan tələbələr bu dildə danışır və düşünür , eyni zamanda Kütləvi İnformasiya Vasitələrini oxuyur və yeri gələndə müxtəlif mövzularda fikir mübadiləsi edərək dövlətşilik mövqelərini ortaya qoyurlar.Dünyanın aparıcı dilləri ilə yanaşı, digər dillərin də tədris edildiyi təhsil mərkəzində təhsil alan tələbələrin informasiyalı cəmiyədə fərqlənməsi və informasiya mübadiləsində geniş imkanlara malik olması realdı. Bizə qarşı düşmənçilik edən Ermənistanın digər sahələrdə olduğu kimi infomasiya sahəsində də təxribatı danılmazdı. Erməni dilində tədrisin aparılması bizim tələbələrin daha aktiv mövqe göstərməsinə səbəbdi. Mənim sahəm daha çox Fransa ilə bağlı olduğuna görə, ordakı mətbuatı da oxuyram. Onların hər zaman Azərbaycanla, xüsusəndə Dağlıq Qarabağda baş verən hadisələrə hansı fomal yanaşdıqlarına şahid oluram. Lakin son aprel savaşında Azərbaycan üçün böyük dönüş yarandı. Bu yaxınlarda mənim “Dağlıq Qarabağda baş verənlər Fransızların gözü ilə” bir müsahibəm dərc olmuşdu. Çox xoşbəxtəm ki, fransızlar artıq Azərbaycan reallıqlarından xəbərdardılar. Deməli, Fransa Minsk qrupunun üç aparıcı ölkəsindən biri kimi,Azərbaycana qarşı mövqeyini dəyişirsə, daha düzgün ortaya qoyursa, başqa ölkələrdə də müsbətə doğru inkişaf edir. Bu da internet portallarında müxtəlif dillərdə Azərbaycanla bağlı düzgün informasiyanın ictimaiyyətə çatdırılması və xarici dillərdə danışan insanların müdaxiləsi və s. ilə bağlıdı. Bizim gənclərin xarici dillərdə danışması və müxtəlif sahələr üzrə fəaliyyət göstərmələri onlara müxtəlif sosial şəbəkələrdə özlərini daha düzgün ifadə etmələrinə imkan yaradır. Bu baxımdan da mən Azərbaycan Dillər Universitetinin aktivliyini çox yükşək qiymətləndirirəm və düşünürəm ki, müasir gənclik informasiya sahəsində fəaldırlar.

– Azərbaycan Dillər Universiteti sizin üçün haradı ?

Mən 1999-cu ilədə Azərbaycan Dillər Universitetinin məzunu olmuşam. İlk tələbəlik həytım buradan başlayıb. 1995-1999-cu illərdə fransız və ingilis dilləri üzrə pedoqoji təhsil almışam. Buna görə də , bu universitet mənə çox doğmadı. Burada işləməkdən böyük zövq alıram. Həqiqətən ,haçansa təhsil aldığın ali məktəbdə dərs demək necə də gözəldir.Tələbələrin düşüncə səviyəsini oxuduğum dövrlə müqayisə edirəm və bir daha əmin oluram ki, gənclərimiz çox müasirdilər. Dəyişən isə təfəkkürdür. Belə ki, mən oxumaq üçün universitetə müəllimlərin yanına gəlirdim. Bu gün isə müəllimlər universitetə tələbələrin yanına dərs deməyə gəlir. Deməli, universitet kimindi? – tələbələrin. Bu, çox gözəl bir dəyişiklikdi. Mənim üçün sevindirici haldı ki, Azərbaycan Dillər Universitetinin tələbələri digər universitetlərin tələbələri ilə müqayisədə daha çox akitvdirlər.

/// Xalqinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>