A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13081983_1754579231423622_1283449703_n

Xəzər Universitetində 1-ci tələbə forumu keçiriləcək

Birinci tələbə formu Müstəqilliyimizin bərpasının və Xəzər Universitetinin quruluşunun 25-ci ildönümü münasibətilə Sosial və Humanitar Sahələr Üzrə Təhsil Alan Tələbələrin Birinci Milli Forumu 25 May 2016 “Azərbaycanda Cumhuriyyət, Sovet, Müstəqillik dövrləri və Gələcəyimiz” (Siyasi, iqtisadi, ictimai, elmi və mədəni baxış) Məqsəd: Forumun məqsədi sosial və humanitar sahələr üzrə təhsil alan Azərbaycanlı gənclərin tədqiqatçılıq və akademik yazı hazırlama bacarıqlarını inkişaf etdirmək, gənçlərdə elmi tədqiqata maraq yaratmaq, araşdırma aparmaq və araşdırmanın nəticələrini təqdim etmək qabiliyyətlərini artırmaqdır. Mövzular: Foruma Azərbaycanda Cumhuriyyət, Sovet, Müstəqillik dövrlərinə dair siyasi, iqtisadi, ictimai, təhsil, dil və ədəbiyyat, mədəniyyət sahələrinin vəziyyəti, inkişafı və qeyd olunan sahələrdə aparılan islahatlar haqqında kiçik elmi tədqiqatlarla müraciət etmək olar. İştirak şərtləri: Forumda iştirak etmək üçün bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri və magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Konqresdə iştirak etmək istəyən tələbələr müraciət formasını və aşağıda qeyd olunan standartlar əsasında tərtib edilən tezisi 13 may 2016-cı il tarixə qədər qeyd olunan ünvana göndərməlidir. Müraciət üçün ünvan: telebeforumu@khazar.org Müraciət üçün son tarix: 13.05.2016 Müraciət forması: (endirmək üçün keçid) Tezis yazma standartları: (endirmək üçün keçid) Tədbirin tarixi: 25-26 may 2016-cı il Tədbirin yeri: Xəzər Universiteti, Neftçilər Kampusu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>