A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
tt

30 aprel ADNA faciəsindən 7 il keçir

Terrorun sifarişçisi olan erməni hələ də saxlanılmayıb
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 7 il ötür. Ölkə tarixinə ən dəhşətli cinayət kimi daxil olan hadisə 2009-cu il aprel ayının 30-u, səhər saat 09:30-da baş verib. ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov ətrafa atəş açmağa başlayıb. Qatil birinci mərtəbədən yuxarı mərtəbələrə çıxarkən qarşısına çıxan tələbələri, müəllimləri güllələmişdi. Hadisədən sonra polis və prokurorluq, xüsusi xidmət orqanlarının əməkdaşları, təcili tibbi yardım maşınları Akademiyaya səfərbər olmuşdular. Terrorçunun zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyata başlandı. Aşağı mərtəbələrdə olan yaralılar binadan çıxarılan zaman məlum oldu ki, ələ keçəcəyini görən terrorçu 6-ci mərtəbədə baş nahiyəsindən bir dəfə atəş açmaqla özü-özünü öldürüb.
Hadisə zamanı 12 nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanıb. Həlak olan ADNA əməkdaşları:
1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr:
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
12. Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü
Terror olayı ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Təqsirləndirilənlərə qarşı terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma maddələri ilə ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə cinayəti törədən 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək İnterpola verilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılan cinayət işinin sonunda təqsirləndirilən şəxslər Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>