A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
99719

Təhsil sistemində yeni qurum yaradılır

Ölkədə yeni Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq.

Azərbaycanda təhsillə bağlı yeni qurum yaradılacaq. Yeni yaradılacaq Peşə Təhsili Dövlət Agentliyi ilə bağlı təkliflər artıq hökumətə göndərilib. Yeni agentliyin yaradılmasında məqsəd peşə təhsilinin səviyyəsini yüksəltməkdir.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ölkənin bu və digər bölgəsində mövcud olan ilk peşə ixtisas təhsili müəssisələrinin mövcudluğu, onların bütün istiqamətlər üzrə peşə təhsili verməsinin imkanının olub-olmaması, eləcə də həmin ərazidə insanların tələbatları, tələb və təklifləri nəzərə alınmalıdır:

“Bundan başqa, ucqar yerlərdə olan insanların peşə təhsili almasında olan problemlər aradan qaldırılmalıdır. Təbii ki, bu məsələ ciddi təhlil tələb edir. Eyni zamanda, peşə təhsili sahəsində təklif olunan ixtisasların sayı kifayət qədər çoxdur. Orta məktəblər səviyyəsində peşə siniflərinin istiqamətləri daha məhdud ola bilər. Çünki hər bir peşə istiqaməti üzrə orta məktəb bazasında peşə təhsili vermək imkanı olmaya bilər. Ona görə də bütün çatışmazlıqları nəzərə alaraq, hazırda bu istiqamətdə tədqiqatlar aparılır”.

ANS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>