A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
13046167_606200986202640_333498899_n

Tələbə-Könüllülər sürət həyəcanını BİR ilə yaşayacaq

“Bir” Tələbə-Könüllü Proqramı tələbə-könüllüləri Formula 1 yarışları öncəsi sürət heyacanını Azərbaycanda ilk dəfə keçiriləcək BİRinci Respublika Tələbələrarası Kartinq Çempionatında iştirak edərək ZÖVQ alacaqlar.
Azərbaycanda ilk dəfə keçiriləcək tələbələrarası kartinq çempionatının məqsədi ölkəmizdə keçiriləcək “Formula 1” Avropa Qran Prisinə dəstək olması, tələbələrin bu yarışlara marağının artırılmasıdır.
Çempionata 75 iştirakçı ilə yanaşı 100-lə azərkeş qoşularaq sürət həyacanınından ZÖVQ ALacaqlar.
Yarış “Bir” Tələbə-Könüıllü Proqramı tərəfindən Qafqazın ən böyük, örtülü əyləncəvi Kartinq mərkəzi Baku Karting & Event Сenter-da 23 – 24 Aprel, 2016-ci il tarixində Təhsil Nazirliyi, Bakı şəhər Halqası Əməliyyat Şirkəti, Ciao Bakunun dəstəyi ilə həyata keçiriləcək. Çempionatda Proqramın əhatə etdiyi 15 Ali təhsil müəssisənin tələbələri iştirak edəcəkdir. İştirakçı qismində hər ali təhsil müəssisəsindən 5 tələbə iştirakçı qismində qatılacaq.
Qeyd edək ki, Çempionatın püşkatma mərasimi 21 aprel tarixində bas tutacaqdir. Püşkatma mərasimi sürət heyacanını yaşadacaq 75 iştirakçı arasında keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramın məqsədi tələbələrə könüllülüyün məqsəd və mərasinın aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat – təşviqat işlərinin aparılması, tələbələrə könüllülüyün məqsəd və mərasimin aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat – təşviqat işlərinin aparılması,tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülərin intellekt səviyyəsinin və dünyagörüşünün genişləndirilməsi,tələbə-könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsidir.
“Bir” Tələbə-Könüllü Proqramı pilot layihə olaraq Bakı, Gəncə, Sumqayıt şəhərlərinin əhatə etməklə dekabr ayında fəaliyyətə start verib.
“Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər. Proqrama qoşulmaqla tələbələr proqram çərçivəsində bir-birindən maraqlı layihələrdə iştirak edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>