A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12065722_914460528603950_8790628697514366525_n

Azərbaycanda yeni universitet yaradıldı

12193624_914460531937283_2349713079419647794_n

Dünən ‪#‎ADNSU‬-da Fransanın Strasburq Universiteti ilə ADNSU arasında Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasına dair müzakirələr aparılıb.
Müzakirədə rektor Mustafa Babanli, professor və müəllimlər, digər ali təhsil müəssisələrinin, Təhsil Nazirliyinin əməkdaşları, Strasburq Universitetinin prezidenti Alain Beretzin başçılıq etdiyi nümayəndə heyəti iştirak ediblər.
ADNSU-nun rektoru M. Babanlı Azərbaycan və Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin Azərbaycan-Fransa Universitetinin yaradılmasının əhəmiyyətini qeyd edib, layihə ilə bağlı fikir və təkliflərini bildirib.
Qeyd olunub ki, Azərbaycan-Fransa Universitetinin yaradılması ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir. Yaradılacaq UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasında yerləşəcək. Layihəyə əsasən, burada digər fransız universitetlərinin iştirakı da nəzərdə tutulur. Strasburq Universiteti əhatə olunan sahələrin çərçivəsini genişləndirmə və layihə üçün insan resurslarının toplanması məqsədilə digər fransız ali təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə malik olacaq. Tədris ilkin mərhələdə tam ingilis dilində aparılacaq. Bəzi ixtisaslarda dərslərin fransız dilində aparılacağı nəzərdə tutulur. İlkin mərhələdə təhsil bakalavriat pilləsi üzrə təşkil ediləcək. Gələcəkdə isə magistr hazırlığı da aparıla bilər. Məzunların dual (ikili) diplomlarla təmin olunması nəzərdə tutulur.
Universitet 2016-2017-ci il tədris ilindən 100 tələbə ilə fəaliyyətə başlayacaq. Universitetə qəbul geologiya və geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi, kimya mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi və eləcə də gələcəkdə inşaat mühəndisliyi ixtisası üzrə aparılacaq. Hər bir ixtisas üzrə 20 tələbənin qəbulu planlaşdırılır. Birinci ildə Universitetə qəbul Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qəbul planına salınaraq tədricən beynəlxalq təcrübəyə uyğun şəkildə ali məktəbin müvafiq komitəsi tərəfindən aparılacaq. Universitetdə əcnəbi tələbələrin – Fransa və üçüncü ölkə vətəndaşlarının təhsil alması üçün lazımi hüquqi və maddi baza yaradılacaq.
Layihəyə əsasən UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yüksək idarəçilik və maliyyə hüquqlarına malik müstəqil təhsil müəssisəsi olan qurumdur. UFAZ-ın idarəçiliyi Fransa universitetlərində tətbiq olunan prinsiplər əsasında həyata keçiriləcək. Azərbaycan-Fransa Universitetinə təsisçilərin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasını Milli Təhsil və Ali Təhsil və Tədqiqat Nazirliyi tərəfindən təsdiq olunmuş prezident rəhbərlik edəcək. UFAZ-ın digər strukturları tələbə kontingenti və qarşıda duran vəzifələri nəzərə alaraq prezident tərəfindən təsdiq olunur. UFAZ üçün Strasburq Universiteti ilə qarşılıqlı əməkdaşlıq nəticəsində Fransanın ali məktəblərində mövcud olan akademik standartlar, kurikulumlar, qiymətləndirmə prosedurları əsas götürülür. Müvafiq səviyyələr üzrə təhsil almış məzunların tərəfdaş universitetlərdə növbəti mərhələ üzrə təhsil almaları üçün güzəştlər edilməlidir.

UFAZ Azərbaycan və Fransa ali məktəbləri arasında birgə elmi-tədqiqat layihələrini həyata keçirəcək və koordinasiya edəcək. UFAZ-ın professor-müəllim heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti, tərəfdaş Fransa və Azərbaycan ali məktəblərinin ən qabaqcıl əməkdaşlarının və frankfon ölkələrdə təhsil almış yüksək ixtisaslı azərbaycanlı kadrların tədris prosesinə cəlb edilməsi nəticəsində yaradılır. Universitetin inzibati idarəçiliyinə və təhsil prosesinə cəlb olunan kadrları üçün Fransa Universitetində treninq və təlimlər keçiriləcək. Müfafiq ixtisaslar üzrə Fransa və Azərbaycan professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə yay və qış məktəblərinin təşkili nəzərdə tutulub. UFAZ-da Azərbaycanın orta məktəb məzunlarının birbaşa Fransa ali məktəblərində təhsil almalarını təmin edən hazırlıq proqramı təşkil olunacaq. Eləcə də ingilis və fransız dilləri üzrə tələbələr və müəllimlər üçün dil hazırlığı kursları təşkil olunacaq. UFAZ-ın sonrakı fəaliyyətinə cəlb olunmsı və kadr hazırlığına yönələn ixtisasların tədrisi üçün Azərbaycan və fransız şirkətlərindən dəstək alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>