A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12179992_538499719640916_1454999968_n

TGT sədri ölkəmizi Rusiyada təmsil etdi – TƏLTİF EDİLDİ

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (AzMIU TGT) sədri Rafael Şixəmmədovun Ryazan Dövlət Universitetinə səfəri başa çatıb 2015-2016-cı illərdə MDB ölkələrinin humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının 3.17 bəndinə, eləcə də Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin tələbə təşəbbüslərinin dəstəklənməsi üzrə tədbirlər planına uyğun olaraq, 04 – 07 oktyabr 2015-ci il tarixlərində MDB ölkələrinin tələbə liderlərinin Sammiti keçirilib. Tədbir “Beynəlxalq Gənclər Mərkəzi” və S.A.Yesenin adına Ryazan Dövlət Universitetinin dəstəyi ilə təşkil olunub. Sammitdə 10 MDB ölkəsinin tələbə-gənc liderləri iştirak edərək öz ölkələrini təmsil ediblər. Sammitin məqsədi MDB ölkələrinin tələbə və gənc liderlərinin sosial cəhətdən əhəmiyyətli olan fəaliyyətinin inkişafı, həmçinin öz ölkələrinin milli maraqlarını müdafiə etmək və təqdimat bacarıqlarının inkişaf etdirilməsi idi. Sammitdə Ryazan şəhərinin rəsmi nümayəndələri ilə iştirakçılar arasında görüşlər keçirilib. Ölkəmizi bu tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin TGT sədri Rafael Şıxəmmədov, Bakı Dövlət Universitetinin TGT sədri Nicat Kərimov, Milli Aviasiya Akademiyasının TGT sədri Fidan Səmədzadə təmsil ediblər. Ölkəmizi təmsil edən nümayəndə heyəti “Dövlət gənclər siyasətinin əsas istiqamətləri və bu siyasətin həyata keçirilməsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rolu” mövzusunda çıxış etməklə yanaşı, təcrübə mübadiləsi ilə bağlı müxtəlif müzakirələrdə də iştirak edib. Qeyd edək ki, sammitin sonunda hər bir ölkənin mədəniyyətinə həsr olunan təqdimat mərasimi və yaradıcılıq gecəsi keçirilib. Gecədə ölkəmizin mədəniyyəti yüksək səviyyədə nümayiş olunub və sammit iştirakçılarına ölkəmizin mədəniyyətini, tarixini əks etdirən simvolik hədiyyələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>