A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
dctimeexam500x250

İmtahanlara necə hazırlaşmaq lazımdır ? – OXUYUN

İmtahanlar hər kəs üçün streslidir. Biz sizə bu stressdən qurtulmağın və ən yaxşı nəticəni əldə etməyin yollarını göstərəcəyik.

İmtahanlar üçün ən yaxşı hazırlıq təkrarlamaqdır. Bu prosesi doğru şəkildə aparmaq üçün:

 

Təkrar

  • Təkrarlamaq üçün cədvəl hazırlayın və cədvələ sadiq qalın
  • Müxtəlif təkrarlama metodlarını yoxlayın və hansının sizə kömək etdiyinə qərar verin. Müxtəliflik həm də sizi sıxılmaqdan qurtaracaq.
  • İnkişaf səviyyənizi yoxlamaq üçün xeyli sayda imtahan suallarını məşq edin və təkrarlayın
  • Fasilə vermək üçün vaxt təyin etməyi unutmayın

 

İmtahan bacarıqları

Baxmayaraq ki, imtahanlar sizin mövzunu necə öyrəndiyinizi yoxlamaq üçündür, sizin biliyinizi əsas etibarilə əhatə edən imtahan bacarıqları da mövcuddur. Bəzi açar bacarıqları aşağıda qeyd edirik:

 

  • İmtahan kitabçasının formatını başa düşmək və hər sualın nə qədər vaxt aparacağına qərar vermək
  • Sualları ətraflı oxuyub səndən nə soruşulduğunu aydın şəkildə başa düşmək
  • İmtahanın sonunda vaxt ayırıb cavablarını yoxlamaq
  • İmtahanda rahat, sakit və diqqətli ola bilmək üçün imtahana düzgün şəkildə hazırlaşmaq

 

Stress və narahatlıq

İmtahanlar yüksək təzyiqli anlardır, narahatlığa və həyəcana səbəb olurlar. Bunların heç birindən qurtulmaq mümkün deyil, ancaq imtahanlarınıza və müəyyən dərəcədə həyatınıza təsir edən bu stresi idarə etməyin yolları var.

Hazırlıqlı olmaq sizə kömək edəcək: Siz təkrarladığınızı və məşq etdiyinizi bilirsinizsə imtahanda daha rahat olacaqsınız. Ancaq imtahanda panikaya düşür və narahat olursunuzsa unutmayın ki, bu normal (ümumi) bir haldır və keçəcək. Davam etməzdən öncə özünüzə sakitləşmək üçün bir az vaxt tanıyın.

 

İmtahandan sonra

İmtahan otağını tərk etdikdən sonra təzəcə qurtarmış imtahan barəsində düşünməməyə çalışın: İmtahan barəsində narahat olmaq və cavablarını yoldaşlarınızla müqayisə etmək sizə kömək etməyəcək. Ondansa istirahət etməyə və növbəti imtahanlar barəsində düşünməyə çalışın.

Əgər imtahan nəticələriniz gözlədiyinizdən pisdirsə imtahanı yenidən yoxlada bilərsiniz. Belə anlarda sizə verilmiş qiymət dəyişə bilər. Ancaq unutmayın ki, qiymətiniz yuxarı qalxmaqla yanaşı aşağı da düşə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>