A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1460041768_yenisumqayit.az-11

Sumqayıt məktəbindən MİLLİ ORDUMUZA DƏSTƏK FLƏŞMOBU – Fotolar

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribat cəhdlərinə layiqli cavab verərək işğal altında olan bəzi əraziləri düşmən tapdağından azad etməsi ilə əlaqədar olaraq ölkəmizin hər yerindən Ordumuza dəstək tədbirləri böyük coşqu ilə davam etdirilir. İdarə, müəssisə və təşkilatlarda, ali və orta məktəblərdə Ordumuza dəstək nümayiş etdirmək üçün müxtəlif səpkili aksiyalar həyata keçirilir.

Növbəti belə tədbir Sumqayıt şəhər 42 nömrəli orta ümumtəhsil məktəbində baş tutub. Məktəbdən AZEDUPRESS-ə verilən məlumata görə, fləşmob formatında keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Məktəbin şagirdləri Azərbaycan bayrağını ucaldaraq, “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarlarını səsləndirib, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canından keçən Vətən övladlarına Uca Allahdan rəhmət, hərbçilərimizə isə kömək diləyiblər.

1460041779_yenisumqayit.az-12 1460041768_yenisumqayit.az-11

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>