A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12957170_1247886075241147_1171829300_n

Bakı Ali Neft Məktəbində orduya dəstək aksiyası keçirilib – FOTOLAR

Bakı Ali Neft Məktəbinin tələbələri cəbhədə aprelin 1-dən başlayaraq gedən şiddətli döyüşlərdə rəşadətli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi və hərbiçilərimizə dəstək münasibəti ilə orduya dəstək aksiyası keçiriblər.

“AZEDUPRESS” xəbər verir ki, Azərbaycan əsgərlərinin Qarabağ uğrunda apardığı döyüşlərə dəstək məqsədilə tələbələr vətənpərvər ruhda əsgər marşı oxuyub və Azərbaycanın üçrəngli bayraqlarını dalğalandırıblar. Tələbələr “Yaşasın Azərbaycan əsgəri!”, “Var olsun vətənimiz! Xar olsun düşmənimiz!”, “İlhamla İrəli! Get qazan zəfərləri!” “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz! Vətən bölünməz!”, “Vətən sənə, canım fəda!”, ”Qarabağ bizimdir! Bizim olacaq!”, “Ordumuzla fəxr edirik!”, “Bir millət-iki Dövlət! Azərbaycan-Türkiyə!”, “Qarabağ üçün vuruşmağa ancaq Ali Baş Komandanın əmrini gözləyirik!” şüarlarıyla ordumuza dəstək nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xalqımızı təbrik edərək Azərbaycan kəndlərini, yaşayış məntəqələrini, hərbi mövqelərimizi şiddətli atəşə tutan Ermənistanın hərbi qüvvələrinə cavab olaraq Azərbaycan ordusunun son günlərdə düşmənə sarsıdıcı zərbələr vurduğunu, Azərbaycanın işğalda olan bir neçə yüksəklikliyi ordumuz tərəfindən azad edildiyi və bununla böyük qürur hissi keçirdiyini bildirib.

Orduya dəstək aksiyası tədbir iştirakçıların Azərbaycan himninin səsləndirilməsi və torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazır olduqları şüarları ilə başa çatıb.

Qeyd edək ki, ölkəmizdə müşahidə olunan böyük ruh yüksəkliyi ərəfəsində Bakı Ali Neft Məktəbi xalqımıza həmrəy və ordumuza dəstək olaraq Azərbaycanın üçrəngli bayraqlarını Ali Məktəbin inzibati binasının bütün pəncərələrindən dalğalandırır.

12935385_1247886018574486_1092298939_n 12939679_1247886048574483_1844217035_n 12957170_1247886075241147_1171829300_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>