A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12

ADPU-nun Şamaxı filialında “Qələbə bizimlədir!” devizi altında tədbir keçirildi – FOTOLAR

Aprel ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialinda “Qələbə bizimlədir!” devizi altında tədbir keçirildi. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
ADPU-nun Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova tədbiri giriş sözü ilə açdı, torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Direktor T.Yusifova bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunması üçün bir yumruq kimi birləşir. Bu, torpağa olan böyük məhəbbətin gücüdür. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan inamın, ümumxalq sevgisinin gücüdür. Bunun qarşısında dayana biləcək güc yoxdur. Azərbaycan torpaqları müvəqqəti işğal altındadır. Amma bu hadisələr bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında qalması uzun sürməyəcək. Çox yaxın zamanlarda hər bir Azərbaycan vətəndaşı qələbəni duyacaq və onu qeyd edəcək. Tezliklə Azərbyacan bayrağı Şuşada, Laçında, eləcə də işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq.
Sonra çıxış edən filial əməkdaşlarından Mayıl Alcanov, Çingiz Dadaşov, əsgər anası Münəvvər Məmmədova, tələbələrdən Şirin Qarabağlı, Rövşanə Quliyeva, Heydər Sadıqov, Nurlan Mustafayev öz çıxışlarında qələbəyə inam , düşmənə isə nifrət hisslərini ifadə etdilər.
Tələbə-gənclər əllərindəki bayraqlar və qələbə ruhlu şüarlarla lazım gələrsə, ön cəbhədə vuruşmağa hazır olduqlarını bildirirdilər.
Onu da qeyd edək ki, aprelin 4-də Şamaxıda rayon ictimaiyyəti nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı və cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar xalqa müraciətinə həsr olunmuş toplantısı keçirilmişdir. Toplantıda ADPU-nun Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştrak etmiş, Heydər Sadıqov bütün tələbələr adından çıxış edərək bir gənc kimi Vətənin müdafiəsinə hazır olduqlarını birdirmişdir.

12  13 1514

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>