A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
11

ADPU-nun Ağcabədi filialı da ordumuza dəstək verdi – FOTOLAR

ADPU-nun Ağcəbədi filialında orduya dəstək mitinqi keçirilib

5 aprel 2016-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcəbədi filialında Vətən torpaqları uğrunda mübarizəyə qalxmış oğullarımıza dəstək mitinqi keçirildi. Mitinqdə filialın professor-müəllim heyəti ilə yanaşı, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdilər.
ADPU-nun Ağcəbədi filialının direktoru, dosent Mətanət Fərzəliyeva mitinqi giriş sözü ilə açaraq bildirdi ki, düşmənə qarşı irəliləməkdə olan nizami ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətlə döyüşür. Sevindirici haldır ki, həm ön, həm də arxa cəbhədə böyük ruh yüksəkliyi, mənəvi birlik hökm sürməkdədir. Xalq öz rəhbərinə, öz dövlətinin artan gücünə inanır və qələbə əzmi ilə yaşayır.
Sonra çıxış üçün söz filialın dosenti Məhəmməd Hüseynova verildi. O, bildirdi ki, artıq ötən 4 gün ərzində bir neçə strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib və Azərbaycan Ordusu qələbə əzmi ilə döyüş ruhumuzu durmadan yüksəldir.
Xalqımızın qeyrətli oğulları öz qanları, canları bahasına da olsa, Vətən torpaqlarını işğaldan azad edəcəklərinə and içmişlər. Dogma Azərbaycanımızın artan gücü özünü hərbi sahədə daha çox büruzə verir. Ən son hərbi texnika ilə təchiz olunmuş ordumuzun müharibəni qələbə ilə sona çatdıracağından əminik.
Mitinqdə çıxış edən filialın digər əməkdaşları – dosent Seymur Süleymanov, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Əlizadə Nəcəfov, baş müəllimlər Səfurə Mahmudzadə, Fəridə Mikayılova, Qərənfil Rzayeva bildirdilər ki, doğrudur, müharibə dəhşətdir, ölüm və qan gətirir, lakin bütün bunlara baxmayaraq, biz müharibənin dəhşətlərindən qorxmuruq.Biz milli qürur, milli qeyrət naminə bir araya gəlib döyüşü alın yazımıza çevirmişik. Neçə illərdir, arzusunda olduğumuz qisas günü yetişmişdir. Düşməni öz yerində oturtmağın vaxtı gəlmişdir. Gəlin, Vətən torpaqlarımızı müdafiəyə qalxmış qeyrətli oğullarımıza dəstək olaq və var gücümüzlə Xocalının, 20 Yanvar faciəsi qurbanlarının günahsız axıdılan qanlarının hesabını soraq.
Filalın tələbə-gənclərindən Mina Fətəliyeva, Eltac Fərzəliyev və başqaları çıxış edərək bildirdilər ki, bir Vətən övladı olaraq səngərlərdə dayanmağa və igid oğullarımızla bir cərgədə döyüşə hazırıq.
Mitinq ““Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə!”Mənfur düşmən, torpaqlarımızdan rədd ol!”, “Qələbə bizimlədir!”, “Eşq olsun Vətənimizin igid oğullarına!”, “Eşq olsun igid oğullar doğan analara!”, , “Qələbə, qələbə və yalnız qələbə!” şüarları ilə yekunlaşdı.

10 11

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>