A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
5600e5438d8b0

Təhsil almaq üçün dünyanın ən ideal 10 şəhəri – TANIŞ OLUN

Hər kəs şagirdlik həyatına addım atdığı ilk gündən etibarən gözəl bir universitet xəyalı qurur. Nəticədə təhsil həyatınızın  azad keçəcəyi gözəl dövr başlayır. Bəs dünyada təhsil həyatını gözəl yaşamaq üçün ən ideal şəhərlər hansılardır? Sizlər üçün müəyyən xüsusiyyətləriylə ən ideal 10 şəhəri seçdik … Universitet üçün xəyallarınızı Azərbaycan  ilə məhdudlaşdırmayın. Tələbə dəyişmə proqramları və xüsusi razılaşmalara sahib xüsusi məktəblər, təhsil həyatınızı heç ümid etmədiyiniz ölkələrə daşıya bilər. Dünyanın ən gözəl şəhərləri yalnız gəzib görməniz üçün deyil, bəlkə də gələcəyinizi inşa etməniz üçün də sizi gözləyir . Xaricdə təhsil almaq üçün ən ideal 10 şəhər hansıdır? Və budur sizə bu möhtəşəm onluğu təqdim edirəm.

1)Florensiya, İtalya

Arno çayı ətrafında qurulan Florensiya, Toskana bölgəsinin paytaxtı olmaqla birlikdə, “İtalyan Renesans”-ının da paytaxtı olaraq qəbul edilir. Leonardo Da Vinçinin, Dantenin və Michelangelonun yaşadığı Florensiyada çox sayda sənət qalereyası, muzey, kilsə və sənət əsəri var. İtaliya, sənət tarixi və memarlıq kimi sahələrdə təhsil alan şagirdlər üçün ən ideal ölkələrdən biridir. Florensiya  da tarix, teatr, ədəbiyyat, fəlsəfə, moda ,zərgərlik və dizayn kimi sahələr üzrə təhsil almağa dəyər.

2)Praga, Çex Respublikası

Çex Respublikasının ən böyük şəhəri və paytaxtı olan Praqa-  “Qızıl Şəhər”, “Nağıl Şəhər”-i və “Avropanın Ürəyi”olaraq da adlandırılır. İncəsənət fakültəsində təhsil alan tələbələr, eləcə də konservatoriya, memarlıq, landşaft, tarix, iqtisadiyyat və sənət tarixi sahələrində təhsil alan tələbələrin də gözəl vaxt keçirdiyi Praqa, şagird dəyişmə proqramlarıyla ən tez gedilən şəhərlər arasında yer alır.

3)Kopenhagen, Danimarka

Danimarkanın paytaxtı olan Kopenhagen, tunellər və körpülər ilə bir-birinə bağlanmış bir şəhər olaraq diqqət çəkir və bundan əlavə memarlıq əsərləri, parkları və muzeyləri ilə də məşhurdur. Olduqca bahalı olmasına baxmayaraq, çox sayda təhsil agentliyi ilə şagirdlər üçün maraqlı bir şəhərdir.  Xüsusilə media və nəşriyyat, iqtisadiyyat, marketinq və maliyyə kimi sahələrdə təhsil alan tələbələrə yüksək səviyyədə təhsil şansı verir.

 

4) Amsterdam, Hollandiya

İldə 4.2 milyon turist qəbul edən Amsterdam, bir mədəniyyət və sənət paytaxtıdır. “Rjiks”, “Van Qoq”, “Rembrandthuis”, “Anne Frank Huis”,” Hermitaj” kimi bir çox muzeyə ev sahibliyi edən Amsterdam, eyni zamanda Avropanın ən rəngli gecə həyatına sahib şəhərlərindən biri. Kanallarla dolu bu şəhər, sizə bir nağıl dünyasındakı kimi hiss etdirəcək. Uşaqların belə səlist bir şəkildə İngilis danışdığı bu şəhərdə insanlarla asanlıqla ünsiyyət qura bilərsiniz.

5) Barselona, İspanya

Katalonya Muxtar Vilayətinin paytaxtı olan Barselona, Picassonun və məşhur memar Gaudi yaşadığı şəhər olaraq diqqət çəkir. Memarlıq, mühəndislik, ətraf elmləri və landşaft kimi sahələrdə təhsil alan tələbələr, eləcə də incəsənət fakültəsi şagirdləri üçün də ən doğru variantlardan biri olan Barcelona, idman və media sahəsində özünü inkişaf etdirmək istəyənlər üçün də yaxşı bir seçim olacaq. Dünya futbolunun davamlı gözünün üstündə olduğu idman akademiyasında oxumaq fürsəti tapanlar üçün də parlaq bir gələcək olacağını söyləyə bilərik.

6) Tallinn, Estoniya

Estoniyanın ana liman şəhəri olan Tallinn eyni zamanda ölkənin paytaxtıdır. Dünyada şimali Avropanın ən köhnə şəhəri olaraq da diqqət çəkir. “Skype”-ın inkişaf etdirildiyi və “Ericsson”-un ən böyük istehsal mərkəzlərindən biri olan şəhərdir . Həmçinin kompüter elmləri, dünya dinləri, tarix və memarlıq təhsili alan tələbələr üçün uyğun olduğu qədər incəsənət fakültəsi şagirdləri üçün də yaxşı bir alternativdir. Qar və qış deyiləndə həyəcan hiss edirsinizsə, Tallinn sizin şəhərinizdir!

 7)Vankuver, Kanada

Vankuver qətiyyətlə deyə bilərəm ki ,  universitet oxumaq istəyənlərin seçməli olduğu yerlər arasındadır. EIU tərəfindən dünyanın yaşamağa ən uyğun şəhərləri arasında birinci seçilmişdir! Universitet oxumaq üçün çox uzaqlara baxmaq istəsəniz, mənzilinizi Vankuver-ə qədər genişlədə bilərsiniz.

8. Vyana , Avstriya

Vyana təhsil şərtləri  və tələbələrə təklif etdiyi xidmətlərindən dolayı digər universitetlərdən heç də geri qalmır. Avstriyanın  ən sıx məskunlaşan şəhəri olan Vyana, müxtəlif dövrləri özündə əks etdirir. Çox sayda beynəlxalq təşkilat və quruluşun da mərkəzi olan şəhər, opera və kafeləri ilə məşhurdurş  Xüsusilə Konservatoriya şagirdləri üçün ilham verici bir şəhər olan Vyana, mühəndislik, baytarlıq, tibb, səhiyyə elmləri, fəlsəfə, iqtisadiyyat və beynəlxalq münasibətlər sahələrində təhsil alan şagirdlər üçün də uyğundur.

9. Melburn , Avstraliya

Şagirdlərə təqdim etdiyi imkanların yanında fərqli bir şəhər atmosferi yaşamaq istəyənlər üçün Melburn də xüsusi şəhərdir. Avstraliyanın və eləcədə dünyanın ən sürətli və stabil inkişaf edən yaşayış bölgələrindən biridir. Melburnda gün içərisində hava şəraiti böyük dəyişənlik göstərir. Belə ki, bir neçə saat içərisində 4 mövsümü bir yerdə yaşamaq mümkündür. Həmçinin dünyada ən az kasıb əhalinin olduğu şəhərdir. Belə ki, Melburnda kasıb birinə rast gəlmək qeyri-mümkündür. Sahib olduqları bütün bu xüsusiyyətlər Melburnu gənclər üçün bir cazibə nöqtəsi halına gətirir.

10. Nyu York / ABŞ

Dünyada “şəhər” deyiləndə ağla gələn ilk yerlərdən biri olan Nyu York, dərhal hər kəsin gedib yaşamaq istədiyi şəhərlər arasındadır. Yalnız Manhattanda gedən insanların gün içərisində sayı 5 milyonu aşır. New Yorkda universitetlər dünyanın ən yaxşı 50-si içərisində yer alır. Şəhərdə təhsil üçün xərclənən büdcə isə onlarla milyard dollarla ifadə edilir. Xüsusilə media, rabitə, moda və məşhur mədəniyyətə xidmət edən bir çox peşə üzrə New Yorkda almısınızsa  bu sizi başqalarından xeyli önə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>