A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
12922203_1240541085975646_255109209_o

Bakı Ali Neft Məktəbinin tələbələri İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fəhmin Hüsüzadə və Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Zərifə Orucova 27 fevral-6 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin təşkilatçılığı ilə keçirilmiş Tələbələrin I Beynəlxalq Forumunda iştirak edərək BANM-i və Azərbaycanı bu Forumda təmsil ediblər.

Forumun rəsmi açılış mərasimində iştirak edən tələbələr Universitetin rektoru Qeorqiyeviç Viktor Martınovla görüşərək ona Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun salamlarını çatdırıblar və BANM-in adından hədiyyələr təqdim ediblər.

Forum ərzində əsas diqqət yetirilən məsələlər sırasında  tələbələrin təqdimat qabiliyyətlərinin inkişafı, texniki biliklərə yiyələnmə, beynəlxalq tələbə münasibətləri, təcrübənin ötürülməsi və s. yer alıb. Komanda işinin yaxşılaşdırılması üçün müxtəlif yarışlar təşkil edilib. Forum ərzində Qubkin Universitetində təhsil alan müxtəlif millətlərdən olan tələbələrin iştirakı ilə milli mətbəx, mədəniyyət nümunələri, geyimlərin nümayiş olunduğu tədbirdə BANM-in tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər. Tələbələr sözügedən ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrlə, həm AMOR, həm də digər yerli təşkilatlarda təmsil olunan gənclərlə də görüşərək fikir mübadiləsi aparıblar.

Tələbələr Forum iştirakçılarına daha dolğun məlumat verilməsi üçün onlara BANM barəsində ingilis və rus dilində bukletlər, Azərbaycan haqqında müxtəlif məlumat tipli materiallar paylayıblar. Tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Forumun iştirakçılarına müntəzəm olaraq məlumat veriblər və onların suallarını cavablandırıblar.

12919609_1240540932642328_1538229552_o 12922080_1240540895975665_714731603_o 12922159_1240540935975661_833031402_o 12922203_1240541085975646_255109209_o

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>