A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
1

Gəncədəki Texnologiya Universitetinin müəllim və tələbələri Türkiyədə səfərdədir – FOTOLAR

ATU-nun tələbə və müəllimləri Türkiyə universitetlərində səfərdədir

Novruz tətili günlərində Azərbaycan Texnologiya Universitetinin bir qrup tələbə və müəllimi Türkiyənin Qara Dəniz bölgəsində yerləşən universitetlərə səfər edib. Ordu Univesitetinə gedən heyət 18 tələbə və 2 müəllimdən, Artvin Çoruh Universitetinə yollanan qrup isə 5 tələbə və 2 müəllimdən ibarətdir. Bundan başqa ATU-nun bir müəllimi Trabzondakı Qaradəniz Texniki Universitetinə tədqiqat və müşahidə aparmaq üçün göndərilib.

Artvin Çoruh Universitetinə səfər edənlər bir həftə, digər universitetlərə yollananlar isə on gün boyunca bu ali təhsil müəssisələrində dərslərdə iştirak edəcək, laboratoriyalarda təcrübə proseslərini müşahidə edəcəklər. Qonaq müəllim və tələbələrin yataqxana və yemək xərcləri həmin universitetlər tərəfindən ödəniləcək.
Qeyd edək ki, bu səfərlər ötən ay Türkiyənin Qara Dəniz bölgəsində yerləşən universitetlərə səfər edən ATU əməkdaşları ilə həmin ali təhsil ocaqlarının rəhbərləri arasında əldə olunan razılığa əsasən təşkil olunur.

1

2

3

4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>