A huge collection of 3400+ free website templates JAR theme com WP themes and more at the biggest community-driven free web design site
2

Lənkəran Dövlət Universitetində “Yer saatı” layihəsi həyata keçirilib – FOTOLAR

19 mart tarixində  Lənkəran Dövlət Universitetində tələbə gənclərin təşəbbüsü ilə İqlimdəyişkənliyi ilə əlaqədar  və bu dəyişkənlik probleminə diqqətin yönəldilməsi məqsədi ilə “Yer saatı” layihəsi həyata keçirilib.Yüzə yaxın tələbə gəncin, müəllim və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə 1 saat ərzində elektik enerjisinə qənaət olunaraq, onun əvəzində şamlardan istifadə olunub. Tədbirin gedişində iştirakçı gənclər arasında “Kreativ  şam” müsabiqəsinin keçirilməsi gənclərin yüksək marağına səbəb olmuşdur. Tədbir  musiqili əyləncəli proqramla davam etmişdir. Layihənin Lənkəran şəhəri üzrə təşkilatçısı Mayila Mirzəyeva tədbir haqqında danışaraq qeyd edib ki:  “Bütün dünyada məşhur olan bu layihə 1 saat ərzində (60 dəq) dünyanın ən böyük enerji sərf olunan obyektlərində elektrik enerjisinin kəsilməsi yolu ilə  enerjiyə qənaət olunması konseptini özündə birləşdirən ideadır. Hazırda 150-ə qədər ölkənin iştirak etdiyi bu layihədə Azərbaycan da uğurla çıxış etməkdədir. Biz  də öz növbəmizdə bu layihəni Lənkəran şəhərində də həyata keçirməklə dünyaya enerjiyə qənaət olunmasının vacibliyi ilə bağlı fikirlərində həmrəy olduğumuzu ifadə etdik. Bugünkü tədbirin ərsəyə gəlməsində və uğurla keçirilməsində köməyi olan Lənkəran Dövlət Universitetinin rəhbərliyinə, bizə dəstək verən müəllimlərimizə, tələbə gənc  həmkarlarıma, tədbirdə bilavasitə iştirak edən Prestij-S Tədris Mərkəzinin Lənkəran filialının müəllim heyətinə və bütün qonaqlara, dərin təşəkkürümüzü bildirirəm,”

Qeyd edək ki, Azərbaycanda layihənin rəhbəri İDEA təşkilatıdır.

1

2

3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>